10.06.2015 [11:24] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın Urmu gölü ötən ilə nisbətən 70 kvadrat kilometr kiçilib. Bu barədə Urmu gölünü canlandırma mərkəzinin elmi işləri üzrə sədr müavini məlumat verib.
Məsud Təcrişi 1-ci gün Şərqi Azərbaycan vilayətinin məsulları ilə keçirilən tədbirdə deyib:
“ Hazırda Urmu gölündə 2 milyard 400 milyon kubmetr su mövcuddur. Göldə su tarazlığı 1270.55 metrdir. Bu isə oxşar müddətdə keçən ilə nisbətən 6 santimetr azalmaq deməkdir. Bu miqdar su ilə göl 2060 kvadrat kilometrə çatıb və bu o deməkdir ki, göl ötən ilə nisbətən 70 kvadrat kilometr kiçilib.”
M.Təcrişi əlavə edib ki, “Urmu gölü ekolojik su tarazlığına çatarsa, onda su səthi 4348 min kvadrat kilometr olacaq və göldə suyun həcmi 14.5 milyard kubmetrə çatacaq. Onun sözlərinə görə, bu tarazlığa çatmaq üçün 12 milyard kubmetr su gölə daxil olmalıdır.
Qeyd edək ki, Urmu gölünün ekolojik tarazlığı 1274.1 metrdir.

Bu xəbər oxucular tərəfindən 734 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |