Şrift:
Təhlükəsizlik qüvvələri azərbaycanlı fəalın evinə hücum edib, evdə axtarış aparıblar
10.06.2015 [11:31] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın təhlükəsizlik qüvvələri azərbaycanlı milli-mədəni fəal Qulam Qulizadəni yaxalayıb təcridxanaya apardıqdan sonra onun evinə hücum edib və evdə axtarış aparıblar.
Məmurlar iyunun 7-də saat 20:00 radələrində fəalın evinə gedib və evdə axtarış apardıqdan sonra fəala aid bir sıra şəxsi əşyanı zəbt ediblər. Onlar kompüter, kamera, mobil telefonu və bir neçə kitabı özləri ilə aparıblar.
Məlumata görə, evə daxil olan məmurlar azərbaycanlı fəalın ailə üzvləri ilə kobud davranıb və onları qorxutmağa çalışıblar.
Qeyd edək ki, Qulam Qulizadə iyunun 7-də İranın təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. O Urmiyədə öz şəxsi evində yaxalanıb. Hələlik fəalın hansı səbəbdən tutulması ilə bağlı heç bir məlumat əldə olunmayıb.
Qulam Qulizadə 2013-cü il iyunun 28-də daha 35 fəalla birlikdə tutulmuşdur. Onlar İşgəncələrə qarşı beynəlxalq mübarizə gününü qeyd etmək məqsədi ilə Səhənd dağına gedərkən yaxalanmışdılar.
Bu xəbər oxucular tərəfindən 680 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed