Şrift:
Cənub Qafqazın ən böyük zavodu neft quyuları üçün sement istehsal edəcək
10.06.2015 [11:57] - Gündəm, İqtisadiyyat
Cənub Qafqaz regionunun ən böyük sement zavodu “Norm Sement” 2016-cı ildə neft quyuları üçün sement istehsalına başlamağı planlaşdırır.

Bu barədə brifinq zamanı “Norm Sement” şirkətinin icraçı direktoru Həsən Yalçınqaya deyib.

O bildirib ki, Azərbaycanda bu məhsula böyük tələb var və onun istehsalına başlamaqla ölkəyə sement idxalı azalacaq: “Bu gün Azərbaycanda sement məhsullarının idxalı tədricən azalır və idxal olunan sement ümumi bazar həcminin cəmi 5, klinker isə 10 faizini təşkil edir”.

H.Yalçınqaya qeyd edib ki, şirkət məhsullarını həmçinin Xəzəryanı ölkələrə də ixrac etməyə hazırlaşır: “Hazırda məhsullarımızın Rusiyanın cənub regionlarına, habelə Qazaxıstan və Türkmənistana ixrac imkanlarını nəzərdən keçiririk”.
Bu xəbər oxucular tərəfindən 904 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed