Şrift:
Kolumbiya Azərbaycan xalqı ilə həmrəylik nümayiş etdirdi
17.01.2012 [11:58] - Diaspor
Kolumbiya Xarici İşlər Nazirliyi tərəfindən Azərbaycanın Meksikadakı səfirliyinə 20 Yanvar faciəsinin növbəti ildönümü ilə əlaqədar Azərbaycan xalqı ilə həmrəylik ifadə edən nota daxil olub

Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, notada “1990-cı ilin 20 yanvar tarixində Sovet İttifaqı tərəfindən Azərbaycan ərazilərinə qarşı təcavüz zamanı baş vermiş Qara Yanvar kimi tanınan hadisələrə” istinadən bildirilib ki, Kolumbiya Xarici İşlər Nazirliyi 1991-ci ildə uğurla başa çatmış Azərbaycan xalqının öz müqəddəratını həll etmək və suverenliyinə nail olmaq uğrunda göstərdiyi səylərinə hörmətlə yanaşdığını təsdiq edir.
Bu xəbər oxucular tərəfindən 1178 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed