Şrift:
Azərbaycanlı gimnast: -I Avropa Oyunlarında ölkəmizi layiqincə təmsil etməyə çalışacağıq
10.06.2015 [14:13] - Gündəm, İdman
Azərbaycanlı idmançılar qarşıdan gələn I Avropa Oyunlarına səylə hazırlaşırlar. Bu barədə bədii gimnastika üzrə Azərbaycan milli komandasının üzvü Siyana Vasilyeva deyib.

O bildirib ki, komanda bütün məsuliyyəti başa düşür: “Səylə hazırlaşırıq. Bu idmandır və dəqiq hansısa yerə ümid etdiyini söyləmək olmur. Buna baxmayaraq, yaxşı nəticələr göstərməyə və ölkəmizi layiqincə təmsil etməyə çalışacağıq”.
Bu xəbər oxucular tərəfindən 729 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed