11.06.2015 [09:23] - Gündəm, Türk dünyası-Turan
Bu gün Bolqarıstan parlamentində səfir Emil Kərimovla Bolqarıstan-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun yeni seçilmiş sədri və üzvləri arasında görüş keçirilib.
Azərbaycanın Bolqarıstandakı səfirliyindən verilən məlumata görə, görüşdə Dostluq Qrupunun Bolqarıstan tərəfindən sədri Korman İsmayılov Bolqarıstan-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun Bolqarıstan parlamentində ən böyük (31 deputat) dostluq qruplarından biri olduğunu diqqətə çatdırıb, həmçinin dostluq qrupunun tərkibində sabiq nazirlərin, vitse-spikerlərin olduğunu bildirib.
Daha sonra K.İsmayılov qrupun üzvlərini təqdim edib. Deputatlar Azərbaycanla Bolqarıstan arasında hazırkı əlaqələri yüksək qiymətləndirib, əlaqələrin bu ruhda da davam edəcəyinə ümidvar olduqlarını bildiriblər.
Öz növbəsində, səfir E.Kərimov görüşə görə təşəkkürünü ifadə edib, Bolqarıstan-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun Bolqarıstan parlamentində ən böyük qruplardan biri olduğu üçün məmnunluğunu bildirib. Eyni zamanda, səfir Azərbaycanla Bolqarıstan arasında dostluq münasibətlərinə toxunaraq bu münasibətlərin əsasının 1995-ci ildə xalqımızın ümummilli lideri Heydər Əliyevin Bolqarıstan Prezidenti J.Jelevin dəvəti əsasında Bolqarıstana səfəri ilə qoyulduğunu qeyd edib. Bundan əlavə, bu il 3-5 mart tarixlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstana rəsmi səfərini xatırladan E.Kərimov səfər zamanı iki ölkə arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalandığını diqqətə çatdırıb. Məhz bu Bəyannamə ilə münasibətlərin yeni səviyyəyə qalxdığını vurğulayıb.
Bundan sonra səfir ölkələrimiz arasında energetika ilə yanaşı, həmçinin kənd təsərrüfatı, yüngül sənaye, turizm, idman və mədəniyyət sahələrində əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu qeyd edib. E.Kərimov ölkələrimiz arasında əlaqələrin inkişafında parlamentlərin rolundan danışıb, bu münasibətlərin Azərbaycan-Bolqarıstan əməkdaşlığının inkişafına müsbət töhfələr verəcəyini qeyd edib.
Bundan əlavə, səfir ölkəmizin son illər ərzində sürətli inkişafından, əldə edilən nailiyyətlərdən bəhs edərək Azərbaycanın regionda lider dövlətə çevrildiyini vurğulayıb.
Həmçinin səfir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barəsində məlumat verərək münaqişənin həll olmamasının təkcə Azərbaycan üçün yox, bütün region üçün təhlükə olduğunu qeyd edib.
Öz növbəsində, K.İsmayilov Bolqarıstanın məsələnin gedişatını daim izlədiyini bildirib, həmçinin münaqişənin tezliklə sülh yolu ilə həllinə tərəfdar olduğunu və həm ikitərəfli əsasda, həm də beynəlxalq təşkilatlar çərçivəsində bu sahədə Azərbaycanı dəstəkləməyə hazır olduğunu deyib.
Daha sonra E.Kərimov bu il iyun ayında Bakıda keçiciriləcək Avropa Olimpiya Oyunları barədə məlumat verib, Bolqarıstandan iştirak edəcək idmançılara uğurlar arzulayıb.
Bunun ardınca səfir görüşə görə qarşı tərəfə təşəkkürünü bildirib, parlamentlərarası əlaqələrin daha da genişləndirilməsində səfirliyin səylərini davam etdirəcəyini bildirib.
Sonda səfir tərəfindən Dostluq Qrupunun üzvlərinə ölkəmiz, o cümlədən Dağlıq Qarabağ münaqişəsi barədə kitablar, həmçinin səfirliyimizin təşəbbüsü ilə Bolqarıstanda hazırlanmış və Olimpiya Oyunlarına həsr olunmuş müxtəlif suvenirlər və xatirə hədiyyələri təqdim edilib.

Bu xəbər oxucular tərəfindən 722 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |