Şrift:
Netanyahu: -Nüvə razılaşması Tehranın atom bombasına yiyələnməsinin qarşısını almır.
11.06.2015 [10:07] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İsrailin baş naziri Benyamin Netanyahu iyunun 9-da qatıldığı bir konfransda çıxış edərək Qərblə İran arasında aparılan danışıqlardan və mümkün yekun razılaşmadan danışıb.
Netanyahu deyib ki, mümkün nüvə razılaşması Tehranın atom bombasına yiyələnməsinin qarşısı almır və bu barədə bölgədəki ərəb ölkələrinin başçıları da onunla eyni fikirdədir: “Məni daha çox nüvə danışıqlarını pozmağa çalışan şəxs kimi təqdim edirlər. Lakin mən sizdən daha çox bizə qonşu olan bir neçə dövlət başçıları ilə bu xüsusda danışmışam. Əminliklə deyə bilərəm ki, bölgədə heç kəs İranla hər hansı bir razılaşmanın onun nüvə silahına yiyələnməsinin qarşısı ala biləcəyinə inanmır.
İranın sırf müzakirə aparması regiondaheç kəsə maraqlı deyil və heç bir dəyər daşımır. Belə bir təhlükə var ki, İranın nüvə silahına yiyələnməsi məntəqədəki digər ölkələrin də nüvə silahının dalınca getməsinə gətirib çıxaracaq”.
Bu xəbər oxucular tərəfindən 597 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed