Şrift:
Azərbaycanlı hakerlər İrana cavab verdi – 20 sayt dağıdıldı
17.01.2012 [12:02] - Gündəm
Azərbaycanlı hakerlər İranın 20-dən çox saytını dağıdıblar

“Pirates Crew” adlı haker qrupunun dağıtdığı saytlar arasında dövlət qurumlarının internet saytları da var. Dağıdılan saytlarda Azərbaycanın bayrağı və “20 Yanvar. Unutmadıq” sözləri yerləşdirilib.
Hakerlər bəyan ediblər ki, bunlar ilk addımlardır. Onlar İrana məxsus saytlara hücumlarını davam edəcəklər.
Xatırladaq ki, ötən gün Azərbaycanın bir sıra dövlət orqanları və nüfuzlu təşkilatların saytlarına haker hücumu olub. Saytlarda Azərbaycan-İsrail münasibətləri ilə bağlı tənqidi fikirlər yerləşdirilib, İsrail bayrağının şəkli qoyulub, hicabın vacibliyi vurğulanıb. Saytlara hücumları kimin etdiyi rəsmən açıqlanmasa da, cəmiyyətdə bunun İran üzərindən edildiyi barədə şübhələr var.
Bu xəbər oxucular tərəfindən 1254 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed