Şrift:
Avropanın ən güclü stolüstü tennisçiləri Olimpiya Oyunlarına vəsiqəni Bakıda qazanmaq istəyirlər
11.06.2015 [10:50] - Gündəm, İdman
Bakı-2015 Avropa Oyunlarında stolüstü tennisçilər qızıl, gümüş və bürünc medallardan da böyük nəticə əldə etmək üçün mübarizə aparacaqlar. Belə ki, kişilərin və qadınların təklər üzrə yarışlarının qalibləri, 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Olimpiya Oyunlarına vəsiqə qazanacaqlar.

Bakı-2015-in saytının məlumat verir ki, 2012-ci il Olimpiya Oyunlarının təsnifat prosesindən sonra BSTF Rio-2016-ya yolu asanlaşdırmaq qərarına gəlib. Bir il öncədən 28 oyunçunun beynəlxalq reytinqindən istifadə etmək əvəzinə, cəmi üç qitə çempionuna bu il belə bir imtiyaz verilir ki, onlar Rioya gedəcəklərini öncədən bilsinlər.

Birinci Avropa Oyunları Bakı stolüstü tennis üzrə təsnifat prosesinin rəsmi başlanğıc mərhələsidir. Bu proses 24 aprel 2016-cı il tarixinədək davam edəcək.

2015-ci ildə tennisçilərə Rio-2016-ya vəsiqə verəcək cəmi iki yarış olacaq: Kanadanın Toronto şəhərində keçiriləcək Pan-Amerikan Oyunları və Konqo Demokratik Respubikasının paytaxtı Brazzavildə keçiriləcək Ümumafrika Oyunları.

Bu səbəbdən Avropanın ən güclü idmançıları Bakı-2015-də qələbə qazanaraq Rio-de-Janeyroya vəsiqəni təmin etməyə cəhd edirlər.

Kişilərin yarışında Bakı İdman Zalında Avropanın 10 ən güclü tennisçisindən 8-i öz bacarığını nümayiş etdirəcək. Qadınların yarışında isə qitənin 10 ən yaxşı idmançısından 7-si çempionluq üçün mübarizə aparacaq.
Bu xəbər oxucular tərəfindən 745 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed