Şrift:
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi qarşısında piket keçirilib
11.06.2015 [11:05] - Gündəm, Siyasət, Gənclik
Bu gün Azərbaycanın bir qrup gənclər təşkilatları Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi qarşısında aksiya keçiriblər.

Gənclər Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin qarşısındakı aksiyada Avropa İttifaqının ölkmizə qarşı ikili siyasətinə etiraz ediblər. Aksiyada qeyd edilib ki, Avropa İttiffaqı Azərbaycana qarşı ikili siyasət yürüdür, ölkəmizə qarşıqərəzli mövqe nümayiş etdirir: "Azərbaycanın 1 milyondan artıq qaçqın və məcburi köçkünü var. Avropa İttiffaqı, Avropa Parlamenti bundan danışmır, əvəzində 2-3 məhbusun müdafiəsi ilə məşğuldur".

Gənclər aksiyada qeyd ediblər ki, Avropa İttiffaqı onun qurumları Avropa Oyunlarını siyasiləşdirirlər, bundan Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə edirlər.

Aksiyada "Rədd olsun, Martin Şults, yaşasın Azərbaycan!", "Avropa Parlamenti dağıtmağa yox, qurmağa xidmət et!", "Avropanın dostuyuq, bizi düşmən saymayın!", "Azərbaycanı sərbəst buraxın!", "Bəlkə təcavüzkar Ermənistana qarşı sanksiyalar tətbiq edəsiniz?" "Rədd olsun neoimperialistlər" və digər şüarlar səsləndiriblər.

Aksiyanın sonunda qətnamə qəbul ediblər.
Bu xəbər oxucular tərəfindən 1128 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed