17.01.2012 [12:18] - Xəbərlər
“Ermənistan diplomatiyası iflasa uğrayıb”.
Bu fikirləri Ermənistan Liberal Partiyasının sədri Ovannes Ovannisyan XİN rəhbəri Edvard Nalbandyanın 2011-ci ildə Ermənistanın xarici siyasət uğurlarına dair çıxışını şərh edərkən deyib. Liberal Partiyasının sədri qeyd edib ki, ölkə hakimiyyəti arzularını reallıq kimi təqdim edir: “Neçə prezidentin Ermənistanı ziyarət etdiyi və ya Serj Sarkisyanın neçə ölkəyə səfər etdiyini açıqlamaq sadəcə bir statistikadır və bunun xarici siyasətlə heç bir əlaqəsi yoxdur. Bütün bunlar protokoldur. Zənnimcə, xarici siyasət sahəsində ən böyük uğursuzluq Ermənistanın BMT-də heç bir məsələni həll edə bilməməsi və Azərbaycanın BMT Təhlükəsizlik Şurasının müvəqqəti üzvü seçilməsi oldu. Deyə bilərəm ki, bizim diplomatiya fiaskoya uğrayıb. DQR məsələsi dərin dalana dirənib və Edvard Nalbandyan bunun səbəbkarıdır. Problemin yeganə alternativ həlli müharibə qalır. Və onlar bunu uğur adlandırırlar?”

Bu xəbər oxucular tərəfindən 1270 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |