Şrift:
Urmiyədə həbslərin səbəbi məlum olub
11.06.2015 [13:52] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İyunun 6-sı və 7-si Urmiyə şəhərində nəzarətə alınan fəallara qarşı ittihamlar açıqlanıb.
Davam.az “Amerikanın Səsi”nin əldə etdiyi məlumata əsasən xəbər verir ki, güneyli fəallar Urmiyə gölünün qurudulması ilə bağlı xalqı etiraza çağırmaq, bəyanatlar yaymaq və xariclə əlaqə saxlamaq məqsədilə casusluqda ittiham ediliblər.
Şənbə və bazar günləri nəzarətə alınan milli fəallar bazar ertəsi iyunun 8-də Urmiyə İnqilab Məhkəməsinin 6-cı və 10-cu şöbələrində mühakimə ediliblər.
Məhkəmə milli fəalları xariclə əlaqə saxlamaq məqsədilə casusluqda ittiham edib. Lakin fəallar bu ittihamı rədd ediblər.
Milli fəalların yaydığı bəyanatda deyilir: “İrqçi İran dövləti bilərək Urmiyə Gölünü qurudaraq, Azərbaycan türklərini öz doğma yürdlarındən qaçqın salmaq istəyir.” Bəyanatda həmçinin “Azərbaycan xalqı İranın bu qeyri-insani siyasətinə etiraza” dəvət edilib.
İyunun 6-da Qərbi Azərbaycan vilayətinin mərkəzi Urmiyə şəhərində 19 yaşlı Sina Həsəni və Əli Əzizinin həbsindən sonra iyunun 7-də İranın təhlükəsizlik qüvvələri Qulam Quluzadə və Ata Kərimi adlı daha iki fəalı da nəzarət altına alıb.
Bu xəbər oxucular tərəfindən 826 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed