12.06.2015 [13:32] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Tehranın ən qorxunc həbsxanası kimi tanınan Evin zindanı satışa çıxarılıb. Tehran meriyasından başqa ölkənin daha üç qurumu zindana müştəri çıxaraq onu satın almağa hazır olduqlarını bildiriblər.
İran Zindanlar Təşkilatının rəisi Əsğər Cahangir iyunun 10-da jurnalistlərə açıqlamasında həbsxananın şəhərdən kənar bir yerə köçürüləcəyini, indiki Evin zindanının yerində park və muzey tikiləcəyini bəyan edib: “Hazırda Tehran meriyasından başqa daha üç qurum zindanı satın almaq barədə təklif irəli sürüb. Lakin bunun üçün Məhkəmə Sisteminin razılığı olmalıdır.
Zindan mövzusu təhlükəsizlik bir məsələdir. Biz yeni bir həbsxananın tikilməsinə qədər məhbusları zindan xaricində saxlaya bilmərik. Bu məsələ də nəzərə alınmalıdır. Qanuna görə zindanlar şəhərdən kənar yerlərdə olmalıdır. Lakin şəhərdən kənar yerdə də zindanları qorumaq şərti şəhərin daxilindəki şərtdən fərqlidi. Bu məsələdə bir sıra təhlükəsizlik faktorlarını nəzərə almaq lazımdır”.
Qeyd edək ki, həm keçmiş Iran şahı Məhəmmədrza Pəhləvi dövründə, həm də İran İslam Respublikası hakimiyyəti illərində əsasən siyasi məhbusların saxlandığı həbsxana kimi tanınan Evin zindanı 1961-ci ildə 43 hektar ərazidə tikilib və 1971-ci ildə istifadəyə verilib. 1979-cu ildə İranda islam rejimi bərqərar ediləndən bu yana isə həmin həbsxanada on minlərlə siyasi məhbus edam edilib.

Bu xəbər oxucular tərəfindən 759 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |