Şrift:
Əhməd Şəhid: İrana getmək üçün rəsmi dəvət gözləyirəm
12.06.2015 [13:44] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
BMT-nin İranda insan haqları üzrə xüsusi nümayəndəsi bu ölkəyə getmək üçün rəsmi dəvət gözlədiyini elan edib.
Əhməd Şəhid sosial şəbəkələrin birində öz səhifəsində İran parlamenti sədrinin açıqlamasını müsbət qarşılayaraq İrana getmək üçün rəsmi dəvət gözlədiyini bildirib.
O Twitter səhifəsində yazıb: “Doktor Laricaninin BMT heyətinin işinin əhəmiyyəti barəsində verdiyi açıqlamanı müsbət qarşılayıram və öz peşə hökmümə uyğun olaraq İrana getmək üçün rəsmi dəvət gözləyirəm. Bu səfərin hədəfi BMT İnsan Haqları Şurası ilə İran dövləti arasında uzlaşmanın əldə olunmasına yönəlib.”
Qeyd edək ki, BMT-nin İranda insan haqları üzrə xüsusi nümayəndəsi dəfələrlə yaydığı hesabatlarda İran rejimini insan haqları və qeyri-fars millətlərin hüquqlarını pozmaqda suçlayıb. İran isə onun ölkəyə buraxmasını əngəlləmək üçün müxtəlif bəhanələr gətirib və BMT nümayəndəsi qərəzli raport yaymaqda günahlandırıb.
Bu xəbər oxucular tərəfindən 737 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed