13.06.2015 [09:42] - Xəbərlər, İdman, DAVAMın yazıları
Azərbaycan bütün təzyiqlərə və haqsız kampaniyalara baxmayaraq, köhnə qitənin tarixində ilk dəfə olaraq birinci Avropa Oyunlarını keçirən ölkə kimi adını dünyanın idman tarixinə yazdıra bildi.
Bununla da Bakı bütün dünyaya, xüsusilə də Avropaya sülh, əməkdaşlıq və tolerantlıq ismarıcları verdi.
İdmanın bəzi dairələr tərəfindən siyasi alətə çevrildiyi heç kimə sirr deyil. Həmin dairələr öz maraqları naminə idmanı çirkin alətləri üçün istifadə edirlər. Bu baxımdan birinci Avropa Oyunları da istisna olmadı.
Azərbaycanın Oyunlara ev sahibliyi edəcəyi məlum olduğu gündən etibarən Bakı demokratiya adı altında hücumlara, təzyiqlərə və qarayaxma kampaniyalarına məruz qaldı. Lakin Bakı bu çirkin və ədalətsiz oyunlara əsl oyunları - I Avropa Oyunlarını keçirməklə layiqli cavab verə bildi.
Azərbaycan bu möhtəşəm hadisəyə gedən 2,5 illik yolu təmkinlə və xalqla hərməy şəkildə geridə qoydu. Ölkəmiz bu yolda qoyulan süni maneələri uğurla keçdi.
Bəs bu uğurun sirri nədir? Cavab heç bir sirrin olmamasıdır. Azərbaycanın uğurunun yeganə səbəbi onun səmimiliyi, etibarlılığıdır. Bakı digərləri kimi maraqları naminə qeyri-qanuni və ədalətsiz tədbirlərə al atmır. Hansısa dövləti haqsız yerə ittiham etmək üçün müxtəlif siyasi təşkilat və mərkəzlərin qapılarını döymür.
Azərbaycanın dünyadan yeganə istəyi sülh, tolerantlıq və əməkdaşlıqdır. Bakı Oyunları keçirməklə Avropaya demək istəyir ki, gəlin hər şeyi öz gözünüzlə görün. Necə deyərlər, yüz eşitməkdənsə, bir görmək daha yaxşıdır. Azərbaycana gələn əcnəbilər ölkələrində Azərbaycan haqqında eşitdikləri yanlış məlumatların tam əksini görmək imkanı əldə edəcəklər.
Rəsmi Bakı Avropaya bundan yaxşı fürsət verə bilməzdi. Azərbaycan bu Oyunlarla göstərdi ki, dünyaya və Avropaya açıq ölkədir. Əgər qarayaxma kampaniyalarında deyildiyi kimi olsaydı, o, qapılarını əcnəbilərə bağlayardı.
Biz isə bunun əksinə görürük.
I Avropa Oyunları kimi irimiqyaslı tədbir təkcə dövlətin səyləri ilə baş tutmur. Burada dövlətlə xalqın həmrəyliyi mütləqdir. Bu baxımdan Azərbaycan dövləti və xalqı bir daha taleyüklü məsələlərdə birgə olmağı bacardı.
Biz hamımız bacardıq.

Bu xəbər oxucular tərəfindən 1019 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |