Şrift:
Azərbaycan XİN: “Bundestaqda qətnamənin qəbulu Almaniya-Azərbaycan münasibətlərinin gərginləşməsinə xidmət edir”
13.06.2015 [10:48] - Gündəm, Siyasət
“Azərbaycanla bağlı qətnamənin qəbulu Almaniya və Azərbaycan arasındakı dostluq münasibətlərinin ruhuna uyğun deyil və ikitərəfli münasibətlərin gərginləşməsinə xidmət edir”.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Almaniya Bundestaqında “Azərbaycanda insan hüquqlarının qorunmasını tələb etmək” adlı qәtnamәnin qәbulu ilə bağlı açıqlamasında bildirilir.

Açıqlamada deyilir ki, qətnamənin qəbulunu Xristian Demokratlar və Xristian Sosialistlər İttifaqı və Sosial Demokratlar Partiyası fraksiyaları irəli sürüb. Bununla bağlı Azərbaycanın Almaniyadakı Səfirliyi artıq mövqe bildirib: “Hər bir hüquqi dövlətdə olduğu kimi, Azərbaycanda da istintaq və məhkəmə prosesinə təzyiq etmək qəbuledilməzdir. Azərbaycan Respublikasında heç bir şəxs jurnalist və ya siyasi fəaliyyətinə görə həbs olunmur. Həmin qətnamədə əksini tapmış ittihamların heç bir əsası yoxdur. Hesab edirik ki, bu, Azərbaycanın nüfuzuna xələl yetirmək məqsədi güdən qrupların və ya digər dövlətlərin qərəzli şəkildə təqdim etdiyi yanlış məlumatlardan qaynaqlanır. Qətnamədə Azərbaycan ərazilərinin Ermənistan tərəfində işğal edilməsi, Ermənistan tərəfindən aparılmış etnik təmizləmə nəticəsində işğal edilmiş ərazilərdən, həmçinin Ermənistandan didərgin salınmış qaçqın və məcburi köçkünlər barədə məlumat qeyd olunsa da, təəssüflə qeyd etmək lazımdır ki, ən bəsit konvension hüquqları kobud şəkildə pozulmuş bu insanların hüquqlarının müdafiəsi və Ermənistan tərəfinin bu əməllərinə görə məsuliyyəti barədə heç bir çağırış və ya tələb əks olunmur”.
Bu xəbər oxucular tərəfindən 789 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed