Şrift:
Bakıda binalarda qaz verilişini dayandıran avtomatik sistemlər quraşdırılacaq
13.06.2015 [10:52] - Gündəm, Sosial
Bakının qazlaşdırılan bütün təyinatlı binalarında təhlükəsizliyin təmin edilməsi məqsədilə qaz verilişini dayandıran qurğular və avtomatik sistemlər quraşdırılmalıdır.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin iyunun 9-da keçirilmiş Kollegiya iclasının qərarına əsasən “Qaz təchizatı. Layihələndirmə normaları” normativ sənədinin tələblərinin təkmilləşdirilməsi məqsədilə qeyd olunan normativ sənədinə təsdiq edilib.

Bu barədə Dövlət Komitəsinin rəsmi saytında dərc olunan xəbərdə deyilir.

Daxili qaz kəmərlərində qazın təzyiqi 0,0025 MPa-dan çox olduğu hallarda qaz işlədən avadanlıq qarşısında qazın optimal yanmasını təmin edən tənzimləyici-sabitləşdiricilər quraşdırılmalıdır.

Dəyişikliklərə əsasən, yeni qazlaşdırılan yaşayış binalarının mənzillərində qazın verilməsini dayandıran təhlükəsizlik qurğusu ilə təchiz olunmuş qaz cihazlarından istifadə edilməlidir.

Bundan başqa, qazlaşdırılan bütün təyinatlı binaların mənzillərində havanın qazla çirklənmə həddi qaz-hava qarışığının alışmasının minimum həddinin 10 faizə çatdıqda işə düşən siqnal vericilər quraşdırılmalıdır.

Bundan başqa, bu cihazların quraşdırılması və təmirini yalnız həmin işlərin görülməsi üzrə lisenziyası olan ixtisaslaşdırılmış təşkilatlar tərəfindən həyata keçirilməlidir.
Bu xəbər oxucular tərəfindən 787 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed