Şrift:
Erməniyə qalib gələn güləşçimiz: Mən heç zaman fikirləşmirdim ki, ona uduzacam
14.06.2015 [12:37] - Gündəm, İdman
"Çox sevinirəm. 3-cü yer uğrunda Ermənistan idmançısına qalib gəldim. O, bizim düşmənimiz idi, mən heç zaman fikirləşmirdim ki, ona uduzacam".

Bunu bu gün Bakı 2015 ilk Avropa Oyunlarında yunan-Roma güləşçilərinin yarışında bürünc medalı qazanmış Elman Muxtarov deyib.

E.Muxtarov qeyd edib ki, o əvvəlcədən bu idmançıya qalib gələcəyini düşünürmüş: "Erməni güləşçisi güclü idmançıdır: Bu idmançı Londonda Olimpiya oyunlarında da güləşmişdi. Mən də fikirləşdim ki, inşaallah qalib gəlməliyəm, başqa heç cür ola bilməz".

O eyni zamanda finala çıxa bilməməsinin səbəbini görüşləri arasında vaxtın azlığı və yorğunluğu ilə izah edib: "İlk görüşdə gürcü güləşçisi ilə görüşdüm. İkinci görüşüm Norveç idmançısı idi. O, çox güclü idi. Ona görə də çox yoruldum. 15-10 dəqiqə arasında növbəti görüşə çağırdılar. Ona görə finala çıxa bilmədim. İnşallah, gələn yarışlarda qızıl medal qazanacam".

Qeyd edək ki, bu gün yunan-Roma güləşçilərinin yarışında təmsilçimiz, 59 kq çəki dərəcəsində mübarizə aparan Elman Muxtarov 3-cü yer uğrunda mübarizədə Ermənistan təmsilçisi Roman Amoyanı vaxtından əvvəl tam qələbə ilə məğlub edərək Avropa Oyunlarının bürünc medalına sahib olub.
Bu xəbər oxucular tərəfindən 741 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed