Şrift:
Müəllimlər üçün nəzərdə tutulan testlər bir vəsaitdə cəmləndi
14.06.2015 [12:44] - Gündəm, Bildiriş
Azərbaycanda müəllimlər üçün “Həmkara dəstək” adlı yeni metodiki vəsait hazırlanıb.

Azərbaycan Respublikası Təhsil Şurasının elmi-metodiki qərarı ilə çap edilən vəsaitin müəllifləri Bakının Xəzər rayonunun 230 saylı orta məktəbinin direktoru Elşən Qafarov və tədris üzrə direktor müavini Ləman Babayevadır.

E.Qafarov bildirib ki, bu vəsaitə müəllimlərin sınaq qiymətləndirilməsinə hazırlıqla bağlı 750 test daxil edilib. Vəsaitdə kurrikulum nəzəriyyəsi də sadə formada izah edilib.

Kitabda müəllimlərə metodiki baxımdan çətin hesab edilən məsələlərə aydınlıq gətirilib.

Hazırda “Həmkara dəstək” adlı ikinci vəsaitin hazırlanması üçün işlər aparılır.
Bu xəbər oxucular tərəfindən 1145 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed