14.06.2015 [19:10] - Gündəm, İdman
Bu gün Bakıda kişilər arasında karate yarışlarının qrup mərhələsinə start verilib.
Bakı Kristal Zalında keçirilən Oyunlarda təmsilçilərimizin 2-si kata, 4-ü isə kumite yarışlarında gücünü yoxlayacaq.
Bu qrupun ilk görüşü həmyerlimiz Tural Balcanlı ilə türkiyəli Yakan Mehmet arasında olub. Karateçimiz debütdə məğlubiyyətə üzülüb. O, 0:5 hesabı ilə uduzub. Gənc idmançımızın növbəti rəqibi fransız Dak Min olacaq. Avropa və dünya kubokunun mükafatçısı qrupda son olaraq Quta Adriana (Rumıniya) qarşı mübarizə aparacaq.
X X X
B qrupunda mübarizə aparan həmyerlimiz T.Balcanlı ilk görüşündə türkiyəli Y.Mehmetə uduzduqdan sonra fransalı D.Minlə qarşılaşıb. Təmsilçimiz bu dəfə də tatamini məğlub tərk edib (0:5). T.Balcanlı qrupda son olaraq Q.Adrian (Rumıniya) ilə görüşdən 5:0 hesabı ilə qalib ayrılıb.
XXX
Qadın karateçilərin kata yarışlarında B qrupunda mübarizə aparan Adilə Qurbanova yarışla vaxtından əvvəl vidalaşıb. O, almaniyalı Jasmin Bleul, türkiyəli Dilarə Bozan və xorvatiyalı Vlatka Kiuki üstələyə bilməyib.
X X X
Qadın karateçilər arasında kumite yarışlarının A qrupunda mübarizə aparan İrina Zaretska ilk görüşünə qələbə ilə başlayıb. 19 yaşlı idmançımız dünya çempionu Kristina Vizkaino (İspaniya) üzərində inamlı qələbə qazanıb - 6:1. O, növbəti döyüşündə avstriyalı Alisa Tereza Bukingerlə üz-üzə gələcək.
X X X
68 kq çəki dərəcəsində mübarizə aparan karateçi xanımımız avstriyalı rəqibinə 0:4 hesabı ilə məğlub olub. Vasiliki Panetsidou ilə qarşılaşan İ.Zaretska 1:0 hesabı ilə qələbə qazanaraq yarımfinal mərhələsinə vəsiqəni təmin edib.
Karateçimiz bu mərhələdə monteneqrolu Marina Rakoviçlə qarşılaşacaq.
X X X
Kişilər arasında 84 kq çəki dərəcəsində mübarizə aparan Ayxan Mamayev isə yunan, ukraynalı və fransız rəqibləri ilə döyüşlərdə 2 qələbə qazanmaqla - müvafiq olaraq, 0:0, 6:3, 6:1 - yarımfinal mərhələsinə adlayıb.
X X X
Karateçimiz İ.Zaretska yarımfinal mərhələsində monteneqrolu M.Rakoviçlə qarşılaşıb. Təmsilçimiz rəqibinə 1:0 hesablı qalib gələrək növbəti mərhələyə yüksəlib.
Finalda o, qrup mərhələsində qarşılaşdığı avstriyalı A.T.Bukingerlə üz-üzə gələcək.
X X X
A.Mamayev də yarımfinal görüşünə çıxıb. O, kosovalı Alvin Karaqi ilə qarşılaşıb. Rəqibini 6:1 hesabı ilə məğlubiyyətə uğradan karateçimiz finala yüksəlib.
Təmsilçimiz finalda yunanıstanlı Mixail Georgios Tzanosla qarşılaşacaq.
X X X
İ.Zaretska finalda avstriyalı A.T.Bukingerlə qarşılaşaraq inamlı qələbə qazanıb - 8:1. Xatırladaq ki, təmsilçimiz qrup oyununda avstriyalı karateçiyə 0:4 hesabı ilə məğlub olmuşdu.
Beləliklə, Azərbaycan Avropa Oyunlarında 9-cu medalını qazanıb.
X X X
Ardınca A.Mamayev final görüşünə çıxıb. Yunanıstanlı rəqibi M.G.Tzanosla qarşılaşan karateçimiz döyüş 1:1 hesabı ilə başa çatdığından hakimlərin qərarına uyğun olaraq qalib tərəf seçilib.
Beləliklə, karateçimiz kumite yarışlarında qələbə qazanmaqla Azərbaycanın Avropa Oyunlarında əldə etdiyi qızıl medalların sayını 5-ə çatdırıb.

Bu xəbər oxucular tərəfindən 930 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |