15.06.2015 [11:16] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Xoy şəhəri inqilab məhkəməsinin 1-ci şöbəsində 3 nəfər azərbaycanlı milli-mədəni fəalın məhkəmə iclası keçirilib.
Əmin Hacilu, Araz Xassetəraş və İslam Əliəkbərlilin ittihamlarına iyunun 13-də (xordadın 23-də) baxılıb. Məlumata görə, sistemin əleyhinə təbliğ etmək və milli təhlükəsizliyi pozmağa cəhd göstərməkdə günahlandırılan fəallar bütün ittihamları rədd edib və barələrində bəraət hokum tələb ediblər. Hakim isə dosyenin araşdırılmasından sonra hökmün çıxarılacağını bildirib.
Xatırladaq ki, Əmin Hacilu, Araz Xassetəraş və İslam Əliəkbərli Dünya Ana Dili Günü ərəfəsində yaxalanıb bir müddət saxlanıldıqdan sonra fevralın 28-də (1393-cü il isfəndin 9-da) vəsiqə qarşılığında sərbəst buraxılıblar.

Bu xəbər oxucular tərəfindən 776 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |