15.06.2015 [11:25] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın Urmiyə şəhərinin İran parlamentindəki millət vəkili hökuməti Urmu gölü büdcəsi ilə bağlı sərt tənqid etdi.
Nadir Qazipur bildirib:
“Təəəssüflə deməliyəm ki, cənablar Urmu gölünə ayrılan büdcəni seçkilərə xərcləyib. Mən parlamentdə şifahi olaraq da xəbərdarlıq etdim ki, Urmu gölü və gölməçələrin canlandırılması üçün ayrılan 729 milyard tümən büdcə bir sıra məsul şəxslər tərəfindən onuncu parlament seçkiləri işlərinə xərc olunur. Urmu gölünü canlandırmaq üçün ilk öncə su intiqal edilməlidir. Bu işin xüsusi bir büdcəyə də ehtiyacı yoxdur. Lakin bu zəmində hələ heç bir iş görülməyib.”
Millət vəkili əkinçilərin durumuna da toxunub:
“Əkinçilər olduqca ağır vəziyyətdədir və bu bölgədə xərçəng (sərətan) xəstəliyi keçmişə nisbətən daha da artıb. Duz və qum küləyi başladıqdan sonra bölgədə köçlərin sayı artacaq və əkinçilər daha da ağır vəziyyətə düşəcək.”
N.Qazipur sözlərinin sonunda hökumətdən istəyib ki, bu məsələlərə diqqət artırılsın və büdcələr nəzərdə tutulan yerlərdə xərclənilsin.

Bu xəbər oxucular tərəfindən 808 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |