Şrift:
Sergey Bubka: “I Avropa Oyunları bütün Avropa qitəsi üçün tarixi hadisədir”
15.06.2015 [12:51] - Gündəm, İdman
I Avropa Oyunlarının açılış mərasimi həqiqətən möhtəşəm idman tamaşası oldu və bu, bütün Avropa qitəsi üçün tarixi məqamdır. Bu barədə Ukrayna Milli Olimpiya Komitəsinin prezidenti Sergey Bubka deyib.

O bildirib ki, atletlərin yaşayışı və çıxışı üçün Azərbaycanın yaratdığı şərait ən yüksək səviyyədədir: “Səmimi qəlbdən Azərbaycan hökuməti və ölkənin bütün vətəndaşlarını təbrik etmək istərdim. Bu, I Avropa Oyunlarını sevgi, doğmalıq və qonaqpərvərliklə qəbul edən bütün əhalinin böyük töhfəsidir”.
Bu xəbər oxucular tərəfindən 830 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed