15.06.2015 [13:30] - Gündəm, Bildiriş
Yaxın günlər ərzində Azərbaycanda temperatur rejimində ciddi dəyişiklik gözlənilməsə də, küləkli hava şəraiti üstünlük təşkil edəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildiriblər ki, iyunun 16-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı proqnozlaşdırılır. Şimal küləyi əsəcək.
Havanın temperaturu gecə 19-22, gündüz 27-32 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında iyunun 16-da əskər rayonlarda hava əsasən yağmursuz olacaq, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarında şimşək çaxacaq, qısa müddətli yağış yağacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə güclənəcək.
Havanın temperaturu gecə 17-22, gündüz 30-35, dağlarda gecə 10-15, gündüz 19-24 dərəcə isti olacaq.
İyunun 17-18-də Bakıda və Abşeron yarımadasında şimal küləyi üstünlük təşkil edəcək. Azərbaycanın bölgələlərində isə şərq küləyi arabir güclənəcək.

Bu xəbər oxucular tərəfindən 747 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |