16.06.2015 [00:05] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Azərbaycanlı milli-mədəni fəal Aydın Zakir məhkəmə iclasına qatılmayıb. Buna səbəb onun tələblərinin Meşginşəhr məhkəməsi tərəfindən təmin edilməməsidir.
Aydın Zakir mayın 10-da (ordibeheştin 20-də) keçirilən məhkəmə iclasında anayasanın 168-cı əslinin icrasını tələb edib. O anayasaya istinad edərək məhkəmə iclasına müsiflər heyəti və jurnalistlərin qatılmasını istəyib. Azərbaycanlı fəal həmçinin şikayətçinin (ETTELAAT idarəsi) məhkəmə iclasına gəlməsini də tələb edib. Məlumata görə, fəalın heç bir tələbi məhkəmə tərəfindən təmin edilməyib və o bu səbəbə görə iyunun 13-də (xordadın 23-də) keçirilməli olan məhkəmə iclasına qatılmaqdan imtina edib.
Qeyd edək ki, adını çəkdiyimiz fəal ötən il yayda Ərdəbil vilayətinin bir neçə fəalı ilə birlikdə Savalan dağına gedərkən təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb və qısa müddət saxlanılıb. Fəal ötən il Dünya Ana Dili Günündə də (hicri-şəmsi təqvimi ilə isfəndin 2-də) yaxalanıb və ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) idarəsinə sonra isə Meşginşəhr zindanına intiqal edilib. O nəhayət isfənd ayının 23-də 50 milyon riallıq mülki vəsiqə qarşılığında sərbəst buraxılıb.

Bu xəbər oxucular tərəfindən 719 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |