18.01.2012 [11:34] - Hüquq
Azərbaycan dövləti və vətəndaşları mübarizəni beynəlxalq səviyyədə yeni hüquqi müstəviyə keçirir
İşğalçı Ermənistan dövləti ilə mübarizənin hüquqi müstəvidə də genişləndirilməsi prosesi başlayıb. Belə ki, artıq Ermənistanın işğalçılığına qarşı mübarizəni hüquqi müstəvidə Azərbaycan dövləti, rəsmi Bakı ilə yanaşı, Ermənistanın işğalçılığının qurbanına çevrilmiş vətəndaşlarımız da aparırlar. Mübarizə Avropa İnsan Haqları Məhkəməsində gedir. Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində məcburi köçkün düşmüş azərbaycanlılar işğalçı dövləti Avropa İnsan Haqları Məhkəməsinə verirlər. Və bu istiqamətdə ilk uğurlu nəticə də var.
Belə ki, Avropa İnsan Hüquqları Məhkəməsinin Böyük Palatasında “Çıraqov və başqaları Ermənistana qarşı” işi üzrə Dağlıq Qarabağdan olan azərbaycanlı məcburi köçkünlərin iddiası ilə bağlı məhkəmənin ilkin qərarı açıqlanıb. Böyük Palata bu şikayəti qəbuledilən hesab edərək, işi məhkəmənin icraatına götürüb. Məhkəmə bundan sonra bu iş haqda qərarını verməlidir. Sentyabrın 15-də Avropa İnsan Haqları Məhkəməsinin Böyük Palatasında “Çıraqov və başqaları Ermənistana qarşı” adlı iddiaya baxılacaq.
Məhkəmənin rəsmi saytında yayılan məlumatda bildirilir ki, Laçın rayonundan məcburi köçkün olan 6 iddiaçı-Fəxrəddin Paşayev, Ramiz Cəbrayılov, Sağatel Cəbrayılov, Akif Həsənov, Adışirin Çıraqov və Elxan Çıraqov işğalçı Ermənistan tərəfindən onlara vurulan maddi və mənəvi ziyanın ödənilməsini tələb edib. Laçınlıların şikayət məktubunda yer alan əsas müddəalardan biri onların doğma torpaqlarına qayıtmaq tələbidir. Onlar həmçinin məhkəmədən ermənilərin Azərbaycana və digər azərbaycanlılara vurduğu maddi-mənəvi ziyanın ödənilməsini də tələb ediblər. İddiaçılar 1992-ci il mayın 17-də zorla evlərindən qovulub, onların mülkiyyəti ermənilərin əlinə keçib. Həmin şəxslər iddia ərizələrində bildiriblər ki, Laçına qayıda bilmədiklərinə görə öz mülkiyyətlərindən istifadə edə bilmirlər. Ermənistan hakimiyyəti isə buna rəğmən, onların məruz qaldığı zərəri kompensasiya etməyib.
İddia ərizəsi Avropa İnsan Hüquqları Konvensiyasının 1-ci Protokolunun 1-ci (mülkiyyətin toxunulmazlığı), 8-ci (şəxsi həyatın toxunulmazlığı), 13-cü (ədalətli mühakimə hüququ) maddələrinə əsaslanır. İddiaçılar həmçinin milli ayrı-seçkiliyə (14-cü maddə) məruz qaldıqlarını bildirərək qeyd ediblər ki, əgər erməni və xristian olsaydılar, onları evlərini tərk etməyə məcbur edilməzdilər. Buna görə də iddiaçılar konvensiyanın mülkiyyət və şəxsi həyat toxunulmazlığı maddələrilə yanaşı milli-dini ayrı-seçkilik maddəsi üzrə də iddia qaldırıblar.
Şikayətçilər iddia ərizələrində bildiriblər ki, Laçın rayonu Ermənistanın işğalına məruz qaldığı üçün onlar öz mülklərindən istifadə edə bilmirlər və Ermənistan hökuməti də onlara dəymiş ziyanı kompensasiya etməyib.
Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində məcburi köçkün düşmüş bir qrup azərbaycanlı jurnalist də Ermənistan dövlətini Avropa Məhkəməsinə verir. Jurnalistlər Xalid Asif oğlu Kazımlı, Xalid Vahid oğlu Kazımov, Etibar Seyidağa, Seymur Verdizadə, Məhəbbət Orucov, Aynur Elgünəş, Sevil Hilalqızı, Samir Kazımlı Ermənistan dövlətinin onların mülkiyyət, təhsil almaq və digər hüquqlarını zorakılıqla pozduğunu və mənəvi zərbəyə məruz qoyduğunu əsas göstərirlər. Yaxın günlərdə Avropa İnsan Haqları Məhkəməsinə rəsmi şikayət ünvanlanacaq. Şikayətdə jurnalistlər Avropa İnsan Haqları Məhkəməsindən Ermənistanın onların hüquqlarını pozduğunun, işğalçılıq etməsinin təsdiqlənməsini xahiş edəcəklər. Eyni zamanda Ermənistanın buna görə təzminat ödəməsi istəniləcək. İddia ərizəsi Avropa İnsan Hüquqları Konvensiyasının 1-ci Protokolunun 1-ci (mülkiyyətin toxunulmazlığı), 8-ci (şəxsi həyatın toxunulmazlığı), 13-cü (ədalətli mühakimə hüququ) və digər maddələrinə əsaslanır. İddiaçılar həmçinin milli ayrı-seçkiliyə (14-cü maddə) məruz qaldıqlarını ərzidə qeyd edəcəklər. Jurnalistlərin şikayəti üçün sənədləşmə işini Media Hüququ İnstitutunun rəhbəri, tanınmış hüquqşünas Rəşid Hacılı öhdəsinə götürüb.
Ermənistan deportasiya və genosidə görə cavab verməlidir
Təşəbbüsün müəlliflərindən olan Xalid Kazımlı bildirdi ki, əslində onlar bu barədə ötən ilin əvvəlindən düşünürmüşlər: “Müxtəlif səbəblərdən, həm də ən ümdəsi, iddianın perspektivinə olan şübhəmizin artıqlığından biz bu təşəbbüsü təxirə saldıq. Ancaq bugünlərdə bir qrup Laçın sakininin müvafiq iddiasının AİHM-də icraata qəbul olunduğunu bildikdə yenidən bir araya gəldik və məsələni reallaşdırmaq qərarı verdik. Ermənistan ordusu bu sənədə imza atan hər bir şəxsin atasının və özünün evini yandırıb, mülkiyyətini tar-mar edib. 21-ci əsrdə bu kimi cinayəti edənlər cəzasız qala bilməz. Sabah Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi imzalansa da, evlərimiz yenidən tikilib özümüzə qaytarılsa da, doğma yurdumuzdan kənarda məruz qaldığımız sıxıntıları, çəkdiyimiz iztirabları heç nə ilə kompensasiya etmək mümkün deyil. Ermənilər Qafqazın bir sıra yazılmamış qanunlarını pozublar, eləcə də müasir dünyanın beynəlxalq qanunlarını, konvensiyalarını və müharibə qanunlarını. Buna görə onlar cavab verməlidirlər. Söz yox ki, ”onlar" deyəndə bütün ermənilər-qocalar, qadınlar, uşaqlar, mülki şəxslər nəzərdə tutulmur. Söhbət təcavüzkar Ermənistan dövlətini idarə edən keçmiş və indiki rəhbərlərdən, ordu generalitetindən, hərbi cinayətlərdə əli olanlardan gedir.
Qarabağda hərbi cinayət baş verib. Bu, müasir dünyanın lənətlədiyi, barəsində hökm çıxardığı genosid siyasətidir. Qarabağ müharibəsində açıq-aşkar genosid cinayəti kimi tövsif oluna biləcək Xocalı, Ağdaban qətliamları olub, amma bu terminin altına zorla yaşadığı ərazilərdən qovulan insanların üzləşdiyi zorakı deportasiya cinayəti də girir. Bu gün Qarabağın işğal altında olan bir çox rayonlarında bir nəfər də olsun azərbaycanlı qalmayıb. Onların soyu o torpaqlarda kəsilib. Bu, etnik təmizləmə deyil, insanların genosidə məruz qalmaması üçün didərgin düşməsidir".
X.Kazımlı xatırlatdı ki, ermənilərin 97 ildən bəri davasını apardığı, hər il aprelin 24-də dünyanın hər tərəfində yığışıb qeyd etdikləri “erməni genosidi” də öz qaynağını zatən deportasiya faktından götürür: “1915-ci ilin 24 aprelində heç də kütləvi qətliam baş verməyib. Sadəcə, həmin vaxt Osmanlı imperiyasının parlamenti ermənilərin ölkənin təhlükəsiz yerlərinə köçürülməsi barədə qərar qəbul edib. İndi onlar o tarixi sənəddən yapışıblar. Azərbaycanın rayonları isə heç bir qanunvericilik sənədi olmadan, tam qanunsuz şəkildə işğala məruz qalıb. Bu rayonların kəndlərinin bir çoxu hərbi əməliyyatlar gedən bölgədən 25-30 kilometr aralıda idilər. Vaxtilə ermənilər üçün yaradılan və Dağlıq Qarabağ Muxtar Vilayəti adlanan, sonradan ləğv edilən muxtar qurumun hüdudlarından xeyli aralıda yerləşən rayon və kəndlərin işğalı tam bir müharibə cinayətidir. Ermənistan prezidentləri, müdafiə nazirləri dəfələrlə etiraf ediblər ki, onlar ətraf rayonları ona görə tutublar ki, ”DQR" üçün təhlükəsizlik zonası yaratsınlar. Bu, hərbi cinayətin birbaşa etirafıdır. Vaxtilə İsrail də Misirə məxsus Sinay yarımadasını sırf təhlükəsizlik zonası yaratmaq üçün işğal etmişdi, bu gün Misirin yeni hakimiyyəti buna görə İsraildən yarım trilyon dollar təzminat tələb edir. Biz bir qrup jurnalist Ermənistan dövlətinə qarşı beynəlxalq məhkəmə iddiasını bu üzdən qaldırırıq. Hesab etmirik ki, bu gün cındırından cin ürkən Ermənistan dövlətindən maddi təzminat alacağıq. Amma onu bilirik ki, siyasi-hüquqi müstəvidə ardıcıl, məqsədyönlü işləməklə Ermənistan dövlətinin Azərbaycana, onun ayrı-ayrı, konkret vətəndaşlarına qarşı yol verdiyi cinayətləri beynəlxalq səviyyəyə çıxarmaq mümkün olacaq. Bir qrup Laçın sakini analoji və uğurlu addım atıblar. Onlardan estafeti biz jurnalistlər alırıq və onu başqalarına ötürəcəyik".
X.Kazımlı Avropa İnsan Haqları Məhkəməsinin Azərbaycandan məcburi köçkünlərin haqlı şikayətlərinə müsbət cavab verəcəyini, ədalətli qərar çıxaracağını gözlədiklərini vurğuladı: “Ermənistan ordusunun Qarabağda söküb-daşıdığı, tar-mar etdiyi, yandırdığı mülkiyyətin haqq-hesabı 50 milyard dollarla ölçülür. Müasir Ermənistan dövləti diricə hərraca çıxarılsa və satılsa, Azərbaycana vurduğu ziyanın yarısı ödənilməz. Belədirsə, buna görə kimsə cavab verməli deyilmi? Dünya gücləri hər fürsətdə demirlərmi Qarabağ konflikti siyasi-hüquqi müstəvidə tənzimlənməlidir. Bu da hüquqi-siyasi müstəvi. Keçmiş Yuqoslaviya ərazisində Sarkisyan və Köçəryan kimi cinayətlər törədənlərin hamısı yaxalanıb, məhkəməyə çəkilib. Biz də dövlət və xalq olaraq əməllərindən ziyan gördüyümüz hərbi canilərin cəzalandırılmasını istəyirik və buna çalışmalıyıq. Təcrübə göstərir ki, bunun yolları var”.
Təşəbbüsə qoşulanların sayı artır
Onu da qeyd edək ki, bugünlərdə qarabağlı jurnalistlərin təşəbbüsünə qoşulmaq istəyənlərin sayı artıb. Təşəbbüsün müəlliflərindən Xalid Kazımlının verdiyi məlumata görə, tanınmış jurnalist Rəsul Mirhəşimli, Vüsal Məmmədov, Elnur Məmmədli, Anar Gəraylı və başqaları da bu təşəbbüsə qoşulmaq istədiklərini bildiriblər: “Siyahı açıqdır. Düzü də budur. Heç kəs bu təşəbbüsü inhisara almayıb. Hesab edirəm ki, Ermənistanın hərbi təcavüzündən ziyan çəkən bütün köçkün jurnalistlər vahid siyahıda cəmləşməlidirlər ki, ortaya ikinci, üçüncü siyahılar çıxmasın və biz sənədləşdirmə işini uğurla apara bilək. Qoşulmaq istəyənlər varsa, ilkin siyahıda adı keçənlərdən birinə müraciət edə bilərlər”.
Azərbaycan prosesdə nə əldə edə bilər?
Azərbaycanın Avropa İnsan Haqları Məhkəməsindəki rəsmi nümayəndəsi Çingiz Əsgərov bildirib ki, Avropa İnsan Haqları Məhkəməsinin Böyük Palatasında Azərbaycan üçün əsas məsələ yurisdiksiyadır: “Ermənistan silahlı qüvvələri Laçın rayonunu, eləcə də digər bir neçə Azərbaycan rayonlarını işğal etdiyi üçün bu rayonlardan olan insanların hüquqları pozulub. İndi bizim üçün əsas məsələ də odur ki, Avropa İnsan Haqları Məhkəməsi məhz Ermənistanın Laçın və Dağlıq Qarabağı işğal etməsi nəticəsində bu insanların hüquqlarının pozulduğunu vurğulasın. Bu da yurisdiksiya ilə bağlı məqamdır. İddiaçıların təmin olunması Ermənistanın Azərbaycan rayonlarını işğal etməsinin və insanların hüquqlarını pozmasının Avropa İnsan Haqları Məhkəməsi səviyyəsində təsdiqlənməsi demək olacaq”.
Ç.Əsgərov Azərbaycan dövlətinin prosesi diqqət mərkəzində saxlayacağını deyib: “Biz Avropa İnsan Hüquqları Məhkəməsində bu işlərlə bağlı prosesləri ciddi diqqət mərkəzində saxlayacağıq”.
Milli Məclisin üzvü İqbal Ağazadə də bildirdi ki, Ermənistanın işğalçılığı nəticəsində hüququ pozulmuş vətəndaşlarımızın Avropa İnsan Haqları Məhkəməsində hüquqlarının lazımi səviyyədə qorunması istiqamətində Azərbaycan dövləti iş aparır və bu iş daha da yüksək səviyyədə aparılmalıdır: “Dövlətin dəstəyi hiss olunmalıdır və məncə də var. Çünki bu məsələ elə-belə birdən-birə qalxmayıb. Uzun illər idi bu istiqamətdə söz-söhbətlər gedirdi. Lakin real addımlar atılmırdı. Real addım isə son dövrlərdə atıldı. İddiaçı azərbaycanlıları dövlət vəkillərlə, lazımi sənədlərlə təmin etməlidir və mən bilən müəyyən qədər edilir. Eyni zamanda dövlət iddiaçıların kütləviliyinin təmin olunmasını təşkil etməlidir. Əsas diqqəti həm də şikayətçilərin bütün lazımi hüquqi sənədlərlə təmin olunmasına ayırmaq lazımdır. Hüquqi müstəvidə mübarizə doğru müstəvidir və Azərbaycan xalqının, dövlətinin bu müstəvidə qazanacaqları var. Çünki işğala məruz qalan və hüququ pozulan məhz Azərbaycan vətəndaşlarıdır”.
KƏNAN

Bu xəbər oxucular tərəfindən 1736 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |