Şrift:
Yol qəzaları Qərbi Azərbaycanda ölümlərin səbəbləri sırasında üçüncü yerdədir
16.06.2015 [00:07] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın müxtəlif bölgələrində yol qəzaları və bundan irəli gələn problemlər əhalinin əsas sixintilarından birinə çevrilib.
Qərbi Azərbaycan Yol Polisinin rəisi “Təsnim” xəbər agentliyinin müxbiri ilə danışıqda yol qəzalarının yaratdığı problemlər və qəzaların səbəblərinə toxunub.
Polkovnik (sərhəng) Abbas Fərmani bildirib ki, “tıxac nişanlarının olmaması vəya riayət edilməməsi və həmçinin caddələrin ensiz olması, Qərbi Azərbaycanda yol qəzalarının yaranmasına təsir göstərən amillərdən sayılır və bu kimi yol qəzaları bölgədə ölüm səbəblərinin sırasında üçüncü yeri tutur”. Onun sözlərinə görə, ümumiyyətlə İran coğrafiyasında yol qəzaları, ölüm səbəbləri sırasında 3-cü yerdədir.”
Polkovnik A.Fərmani əlavə edib ki, “qəzanın baş verdiyi yerdə işığın hansı həddə olması, ab-hava, yolun ümumi vəziyyəti və asfaltı, havanın açıq vəya dumanlı olması, yolun enişli-yoqquşlu olması və s. yol qəzalarına səbəb olan amillərdən sayılır.
Bu xəbər oxucular tərəfindən 709 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed