Şrift:
Bakı-Naxçıvan reysinin sərnişinləri ehtiyat təyyarə ilə yola salınacaq
16.06.2015 [00:07] - Gündəm, Hadisə
Ötən gün Bakı-Naxçıvan marşrutu üzrə AHY-255 reysini həyata keçirən "Boeing-757" təyyarəsi avialaynerin mühərriklərinin birində yaranan nasazlıq səbəbindən Heydər Əliyev Beynəlxalq Hava Limanına qayıdıb.

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) mətbuat xidmətindən verilən məlumata görə, eniş yerli vaxtla saat 19:21-də ştat rejimində əmin-amanlıqla başa çatıb.

Qayıdan təyyarənin sərnişinləri yaxın vaxtlarda ehtiyat təyyarə ilə Naxçıvana yola salınacaq.
Bu xəbər oxucular tərəfindən 665 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed