Şrift:
Avropa Oyunlarında qadın güləşçilərimizdən daha bir medal
16.06.2015 [00:06] - Gündəm, İdman
Ötən gün Bakı-2015 birinci Avropa Oyunlarında güləşçimiz Nataliya Sinişin bürünc medal qazanıb.

Avropa Oyunlarında qadınlar arasında güləş yarışlarında Azərbaycanı 55 kq çəki dərəcəsində təmsil edən Nataliya Sinişin bu gün 3-cü yer uğrunda görüşdə Ukrayna təmsilçisi Tetyana Kit ilə üz-üzə gəlib.

Rusiyalı hakimin idarə etdiyi və gərgin mübarizə şəraitində keçən görüşdə N.Sinişin rəqibini məğlub edib. T.Kitə vaxtından əvvəl - 10:0 hesabı ilə tam qalib gələn güləşçimiz Avropa Oyunlarının bürünc medalını qazanıb.

55 kq
1/8 final - Patrizia Liuzzi (İtalita) - Nataliya Sinişin 0:10
1/4 final - Nataliya Sinişin - Bediha Gün (Türkiyə) 12:0 (təmiz qələbə)
1/2 final - Nataliya Sinişin - Sofia Mattsson (İsveç) 5:6
Bürünc medal görüşü - Tetyana Kit (Ukrayna) - Nataliya Sinişin 10:0

Qeyd edək ki, bu gün qadınların yarışında 48 kq-da mübarizə aparan təmsilçimiz Mariya Stadnik Avropa Oyunlarının çempionu olub. Yarışların ilk iki günündə isə kişi güləşçilərimiz iki dəst, ümumilikdə 6 medal qazanıblar. Rəsul Çunayev (71 kq) və Elvin Mürsəliyev (75 kq) qızıl, Rafiq Hüseynov (80 kq) və Sabah Şəriəti (130 kq) gümüş, Elman Muxtarov (59 kq) və Həsən Əliyev (66 kq) bürünc medala sahib olub.
Bu xəbər oxucular tərəfindən 695 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed