Şrift:
Qərbi Azərbaycan prokuroru: Zindanların tutumundan 4 dəfə çox məhbusumuz var
16.06.2015 [09:57] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran rejimi gün keçdikcə zindanların sayını artırsa da, yenə də məhbusların həbsi üçün yetərli deyil.
Qərbi Azərbaycan prokuroru (dadqostəri rəisi), məhbuslara dəstək qurumunun keçirdiyi tədbirdə Qərbi Azərbaycanın müxtəlif şəhərlərində məhbusların acınacaqlı durumundan danışıb.
Təvəkkül Heydəri büdcə probleminə işarə edərək bildirib:
“15 metrlik bir otaqda onun 4 dəfə çoxu insan saxlanılır. Hətta karidorlarda belə məhbus saxlamaq üçün yer qalmayıb. Qərbi Azərbaycan vilayətində zindanların tutumundan 4 dəfə çox məhbusumuz var. Biz zindanları məhbusların sayına uyğun şəkildə genişləndirə bilmirik. Bu olduqca narahatedici və düşündürücü bir haldır ki, biz zindanları bir nəsihət evinə çevirə bilmirik.”
T.Heydəri əlavə edib ki, “Bu barədə dəfələrlə yazmışıq. Qərbi Azərbaycan zindanları və məhbusların ağır vəziyyəti barədə dəfələrlə yerli məsul və ölkə rəhbərliyinə məlumat vermişik. Lakin bu günə qədər hözü gedən problemi yüngülləşdirə bilməmişik.”
Bu xəbər oxucular tərəfindən 856 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed