Şrift:
"Rabitə-Bakı" Çempionlar Liqasında növbəti mərhələyə keçdi
18.01.2012 [11:42] - İdman
Azərbaycanın qadın voleybolu üzrə çempionu “Rabitə - Bakı” Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində altıncı və sonuncu oyununu keçirib.

Komandamız səfərdə Fransanın “Müluz” klubuna rəhm etməyib - 3:0 (25:16, 25:20, 25:17). Komandamızın mübarizə apardığı B qrupundakı digər oyunda Türkiyənin “Fərənbağça Universal” komandası Almaniyanın “Drezdner” klubunu 3:1 hesabı ilə məğlub edib və qrupda birinci yeri tutub.

Turnir cədvəli:
1. “Fənərbaxça Universal” - 15 xal
2. “Rabitə” - 15
3. “Drezdner” - 3
4. “Müluz” - 3.

Çempionlar Liqasında beş qrupda ilk üç yeri tutan komandalar, o cümlədən, “Rabitə - Bakı” və “Azərreyl” 1/8 finala vəsiqə qazanıblar. Növbəti mərhələyə daha bir vəsiqə isə ən yaxşı nəticə göstərən dördüncü yer sahibinə qismət olacaq.
Bu xəbər oxucular tərəfindən 1259 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed