Şrift:
Türk güləşçi: Azərbaycan və Türkiyə bayraqlarını birgə daşımaq çox qürurverici idi
17.06.2015 [09:26] - Gündəm, Türk dünyası-Turan
"Bakıda Avropa Oyunları yüksək səviyyədə təşkil edilib. Mənə burada özümü öz doğma evimdəki kimi hiss etdirdilər. Hələ hoteldə olarkən Azərbaycan və Türkiyə bayraqlarını hazırlamışdım. Uğur qazanacağıma inanaraq gəlmişdim. Çox şükürlər olsun ki, bu mənə nəsib oldu".

Bunu bu gün Bakı-2015 birinci Avropa Oyunlarında qadınlar arasında güləş yarışlarında bürünc medal qazanmış Türkiyə təmsilçisi Merve Kenger deyib.

Bürünc medalı qazandıqdan sonra xalça üzərində Türkiyə və Azərbaycan bayraqlarını başı üzərində daşımasını M.Kenger belə izah etdi: "Azərbaycan və Türkiyə bayraqlarını birgə daşımaq çox qürurverici idi. Arenada bizə qarşı çox isti ab-hava vardı. Özümü öz evimdəki kimi hiss etdim. Buna görə tamaşaçılara, bütün azərbaycanlılara təşəkkür edirəm".

Türkiyəli idmançı həmçinin bildirib ki, ilk Avropa Oyunlarının açılış mərasimi möhtəşəm təşkil olunmuşdu: "Açılış mərasimi günü Bakıda deyildim. Amma televizordan izlədim. Hər şey möhtəşəm idi".
Bu xəbər oxucular tərəfindən 711 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed