Şrift:
Azərbaycan taekvondoçusu bürünc medal qazandı
17.06.2015 [10:34] - Gündəm, İdman
Bakıda ilk Avropa Oyunlarında 49 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycanın qadın taekvondoçusu Patimat Abakarova 3-cü yer uğrunda döyüşə çıxıb.

idmançımız italiyalı taekvondoçu Erika Nikoli ilə qarşılaşıb.

Rəqibindən üstün döyüş nümayiş etdirən təmsilçimiz vaxtından əvvəl - 13:0 hesabı ilə qələbə qazanaraq Avropa Oyunlarının bürünc mükafatçısı olub.

Kişilər arasında taekvondo yarışları üzrə Azərbaycanı 58 kq çəki dərəcəsində təmsil edən Məhəmməd Məmmədov isə 3-cü yer uğrunda döyüşdə belçikalı Si Mohamed Ketbiyə 4:5 hesabı ilə məğlub olub.
Bu xəbər oxucular tərəfindən 724 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed