17.06.2015 [10:36] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Aərbaycan milli kimliyi uğrunda apardıqları dinc mübarizəyə görə bir həftə əvvəl Urmiyada tutulan dörd fəaldan daha 2-si azadlığa buraxılıb.
Fəallar Sina Həsəni və Əta Kərimi iyunun 15-də mülk girovu qarşılığında sərbəst buraxılıb. Azərbaycanlı fəalların ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda, ana dili ilə bağlı keçirilən mərasimlərə qatılmaqda və qanunsuz fəaliyyətdə günahlandırıldığı bildirilir.
İran Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Urmiya şöbəsinin əməkdaları milli kimlik uğrunda dinc mübarizlər Sina Həsəni və Əli Əzizini iyunun 6-da (xordadın 16-da), Qulam Qulizadə və Əta Kərimini isə iyunun 7-də (xordadın 17-də) tutub aparmışdılar. Hər dörd fəalın evində yoxlama aparılıb, onlara məxsus bir sıra şəxsi əşyalar götürülüb. Fəallardan Qulam Qulizadə tutularkən ETTELAAT əməkdaşlarının ona və ailəsinə qarşı kobud rəftarına etiraz etdiyinə görə döyülüb, təhqir edilmişdi.
Qeyd edək ki, saxlanan fəallardan Qulam Qulizadə və Əli Əzizi iyunun 11-də hər biri 50 milyon tümənlik mülk girovu qarşılığında azadlığa buraxılıb.

Bu xəbər oxucular tərəfindən 740 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |