Şrift:
Bu gün Ramazanın niyyət axşamıdır (TƏQVİM)
17.06.2015 [10:44] - Xəbərlər, İslam dini, Bildiriş
Bu gün axşam Müqəddəs Ramazan ayının niyyət axşamıdır. 12 ayın sultanı Ramazan artıq bu axşam başlayır. Bu axşam müsəlmanlar bütün Ramazan ayı boyunca tutacaqları oruc üçün niyyət edəcəklər.

Ramazan ayı islam dininin müqəddəs kitabı - Qurani-Kərimin nazil olduğu, dilənən diləklərin, deyilən duaların qəbul olunduğu aydır.
Bu gün Ramazanın niyyət axşamıdır (TƏQVİM)

Bu gün Ramazanın niyyət axşamıdır (TƏQVİM)


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının rəyini əsas tutan Qafqaz Müsəlmanları İdarəsi fətva verib ki, bu il Azərbaycanda miladi təqvimlə 18 iyun, hicri tarixlə Ramazan ayının birinci günüdür. Eydül-Fitr (Fitr bayramı) isə şəvval ayının 1-nə, miladi təqvimlə iyulun 18-nə təsadüf edəcək və həmin gün ölkədə bayram namazı qılınacaq.

QMİ AMEA Şamaxı Astrofizika Rəsədxanasının hesablamaları əsasında tərtib etdiyi müqəddəs Ramazan ayının təqvimini də açıqlayıb. Təqvimdə müqəddəs Ramazan ayında hər gün oxunan, eləcə də iftardan qabaq oxunan dualar yer alıb.

Tutulan oruclarınız, dualarınız qəbul, bayramınız mübarək olsun.
Bu xəbər oxucular tərəfindən 2330 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed