17.06.2015 [11:14] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bölgədə baş verən ictimai-siyasi hadisələr İran rejimi və bu ölkədə yaşayan Kürd fəalların mahiyyətini ifşa etməkdədir.
Türkiyədə son parlament seçkilərində PKK uzantısı olan HDP-nin seçim barajını aşması İraq, Suriya və İranda terror yanlısı kürd fəallarını ruhlandırıb. Məlumata görə, bir qrup İran Kürdistanın kürd vəkilləri HDP partiyası, onun rəhbəri Səlahəddin Dəmirtaş və kürd xalqına təbrik məktubu ünlanlayıb. Təbrik adı ilə ünvanlanan mesajda HDP-yə dəstək olduqları və onun ideyasını paylaşdıqlarını bildiriblər. Onlar bununla kifayətlənməyib, Türkiyədə hakim dairələri terrora dəstək verməkdə suçlayıb və bölgədə bir çox problemlərə səbəb olduğunu diqqətə çatdırıblar. “Kürdpa” Kürdistan xəbər agentliyi təbrik mesajının mətnini tam olaraq yayıb və bu mətni PKK terrorçuları və Abdullah Öcalanın şəkili altında yayıb. Həmin şəkil aşağıda diqqətinizə təqdim olunur.
Bildirək ki, keçmişdəki oxşar yanaşmalar da nəzərə alındıqda kürd fəallarının PKK uzantısına əl uzatmasının azərbaycanlılar üçün bir neçə mesajı ola bilər. Bütün bunlar o halda baş verir ki, İranda azərbaycanlıların qanun çərçivəsində Dünya Ana Dili Günü mərasimi ilə bağlı icazə almaq üçün başladılan imzatoplama kampaniyası bir neçə nəfərin zindana düşməsi ilə nəticələndi, sonda isə azərbaycanlıların mərasim keçirməsinə icazə verilmədi. Halbu ki, kürdlər bu mərasimi istədikləri kimi bir neçə şəhərdə keçirdilər. Onlar Eynul-Ərəb (Kobani) böhranı bəhanəsi ilə də müxtəlif tədbirlər keçirməyə nail oldular. Bütün bunlara görə, kürd fəalları xarici qüvvələrə bağlı olmaqda vəya terrorizmə dəstək verməkdə günahlandırılmadı. Lakin sıra Azərbaycan türklərinə gəlincə vəziyyət dəyişir. Onlara qanun çərçivəsində tədbir keçirmək vəya hansısa mərasimin icazəsini almaq üçün cəhd göstərməyə belə qadağa var.
Kürd fəallarının bu kimi girişimi azərbaycanlılar üçün daha önəmli bir müsajı var. PKK terror qruplaşması uzantısının ideyalarını paylaşan kürd fəalları görəsən Qərbi Azərbaycan üçün hansı planlar cızıblar?! Bunun cavabını öz terror aktlarında göstərsələr də, onlar PKK-nı alqışladıqca Azərbaycan türk milləti vəziyyəti yenidən dəyərləndirməli olacaq... .

Bu xəbər oxucular tərəfindən 890 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |