Şrift:
Təbrizin ətrafında bağlar məhv olmaq üzrədir
18.06.2015 [10:03] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə Təbriz Şəhər Şurasının rəisi xəbərdarlıq edib.

Güney Azərbaycanda hər gün ətraf-mühitin korlanması, ekoloji problemlər, su qıtlığı və s. kimi xəbərlər eşidilir.
Təbriz Şəhər Şurasının rəisi bu şəhərin ətrafındakı bağların məhv olmaq üzrə olduğunu bildirib.
Əsğər Abidzadə Şəhər Şurasının keçirdiyi tədbirdə bildirib ki, “əhali tərəfindən müxtəlif sahələrdə olan problemlər bizə çatdırılır və biz keçmiş dövrlərin dəftərini də mütaliə edərək məntəqələrin ən önəmli problemlərini kəşf etməyə çalışırıq.”
Şura rəisi milli və təbii ərazilər məsələsini şəhərlərin ən əsas problemi kimi qiymətləndirib. O bildirib ki, “hüquqi və fiziki şəxslərin ərazilərə qanunsuz olaraq sahib çıxması şəhərlər üçün ən önəmli problemə çevrilib.”
Ə.Abidzadə vurğulayıb ki, təəssüflə Təbrizin ətraf bağları məhv olmaq üzrədir. O Təbrizin keçmişdə bağ şəhəri olduğunu diqqətə çatdıraraq deyib: “Bağların aradan getməsi mühüm məsələdir. İnsanlar o zaman ki, Sərdərudda xalça istehsalında gəlir əldə edə bilmir, həmən bağların bölüşdürülməsinə üz tutur... .”
Şəhər Şurasının rəisi sözlərinin sonunda əlavə edib ki, “əgər biz bu gün keçmişdəki insanları etdikləri işlərə görə tənqid ediriksə, gələcək nəsil də bizim işlərimizi tənqid edə bilər.”
Bu xəbər oxucular tərəfindən 782 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed