Şrift:
Traxtur Klubu ilə Tuni Olivera arasında razılıq əldə olunub
19.06.2015 [10:46] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Təbrizin “Traxtur” futbol komandasının keçmiş illərdə olan baş məşqçisi Tuni Olivera yenidən bu komandaya baş məşqçilik edəcək.
Azərbaycanlılar tərəfindən çox sevilən Portuqaliya vətəndaşı T.Olivera ilə “Traxtur” klubu arasında razılıq əldə olunduğu bildirilir.

Məlumata görə, T.Olivera komandada öz fəaliyyətini davam etdirmək üçün 1 milyon 400 min dollar istəyib. “Traxtur” klubunun məsulları isə 100 min dollar endirim tələb ediblər. Baş məşqçi danışıqların əvvəlində buna mənfi cavab versə də nəhayət ki, klub məsullarının istəyi ilə razılaşıb və artıq onun gələcək super liqa rəqabətlərində “Traxtur”a baş məşqçilik edəcəyi gözlənilir.

Qeyd olunur ki, klubun idarə heyətinin bəzi məsulları müxalif mövqedə olsa da, T.Oliveranın “Traxtur” komandasında öz vəzifəsini davam etdirməyə ciddi bir maneə yoxdur.
Bu xəbər oxucular tərəfindən 698 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed