18.01.2012 [11:58] - Gündəm
Güney Azərbaycan milli hərəkat fəalı şair Əli Sultani azadlıqa buraxıldı
Azərbaycan Milli Hərəkəti fəalı , şair Əli Sultani Yanvar ayının 15-də müvvəqqət azadlığa buraxılmışdır. Əli Sultani Yanvar ayının 1-ində Qoşaçay şəhərinin İttilaat məmurları tərəfindən bu şəhərin xəstəxanalarının birində heç bir məhkəmə izni olmadan tutuqlanmış və döyülərək aparılmışdı.Əli bəy Sultani, 48 saat İttilaat idarəsində sorğu sual edildikdən sonra Qoşaçay zindanına göndərilmişdir. Əli bəyin sağlıq durumu tutuqlanmadan öncəki xəstəlik, İttilaat idarəsinin işkəncəsi, zindan soyuqluğu və dərman imkanının olmaması üçün indiki durumda da yaxşı deyildir.
Futbol müsabiqəsi zamanı Hüseyn Səduqi də daxil olmaqla 6 nəfər soydaşımız tutuqlanıb
Təbrizin səhənd stadionunda “Şəhrdari” futbol takımı ilə “Perspolis” takımı arasında yanvar ayının 16-sında keçirilən futbol müsabiqəsində 6 nəfər soydaşımız tutuqlanıb.Əldə etdiyimiz məlumata görə, tutuqlananların içində “Şəhrdari” tərəfdarları arasında bulunan azərbaycanlı fəal Abdullah Səduqinin (Güntay) qardaşı Hüseyn Səduqi də var. Tutulanlarla bağlı hələlik əlavə məlumat yoxdur.(2 – 2) bərabər hesabla yekunlaşan futbol müsabiqəsində “Təbriz Bakı Ankara – Bizlər hara fars hara?!”, “Yaşasın Azərbaycan”, “Azərbaycan var olsun – İstəməyən kor olsun” və ... kimi şüarlar səsləndirilib.Qeyd edək ki, təhlükəsizlik qüvvələri “Şəhrdari” tərəfdarlarını yaxalarkən, stadiondakı tamaşaçılardan çəkindiyi üçün, onları cibgirlikdə şübhəli bilindiklərinə görə tutduqlarını deyiblər.Qeyd edək ki, Bu tip ittiham və qarayaxmalar oxucularımıza tanış olduğu üçün təfərrüata keçmirik.
İranda tələbəyə ölüm hökmü verilib
İranda porno saytlar açmaqda və istifadə etməkdə təqsirləndirilən tələbə edama məhkum edilib. Kanadada təhsil alan və bir müddət orada yaşayan İran vətəndaşı Səid Məlikpur 2008-ci il oktyabrın 18-də ölkəsinə daxil olarkən həbs edilib. Kompyuter proqramçısı olan Səid Məlikpur porno saytlar açmaqda, onlardan bir neçəsinin üzvü olmaqda, islam dininə və İran dövlətinə qarşı fəaliyyətdə, İran prezidentini təhqir etməkdə təqsirləndirilib. Tehran İnqilab Məhkəməsinin 28-ci şöbəsində mühakimə edilən tələbə barəsində edam hökmü çıxarılıb. Səid Məlikpur qərardan apellyasiya şikayəti versə də, etirazı təmin edilməyib. Artıq İran Ali Məhkəməsi də hökmü təsdiqləyib və bir neçə gün ərzində qərar icra olunacaq.
Qeyd edək ki, Səid Məlikpur ona qarşı irəli sürülən ittihamları qəbul etməyib. Ailəsinə yazdığı məktubda bəzi ittihamları işgəncələr altında etiraf etməyə məcbur qaldığını bildirib.
Iranın Qüds Ordusu Türkiyədə Teror Əməliyati keçirə bilər!
ABŞ kəşfiyyatına görə İran rəhbərliyinin idarəsində fəaliyyət göstərən "Qüds Ordusu" adlı təşkilat hərəkət etmək məqsədiylə Türkiyəyə girdi
Türkiyədə bir dövr jurnalist Uğur Şamçı və alim Əhməd Tanər Qışlalı və Muammer Aksoy ilə Dəniz Üçokun öldürülməsi hərəkətlərini reallaşdıran Qüds Ordusu (Qüds Gücü) adlı təşkilatın yenidən canlandığı təsbit edildi.
ABŞ kəşfiyyatının, Tahran rəhbərliyinin idarəsində fəaliyyət göstərən hərəkət qrupunun ABŞ misiyonuna qarşı hərəkət etmək məqsədiylə Türkiyəyə girdiyini təyin edərək Türk təhlükəsizlik vahidlərinə bildirdiyi öyrənildi. Türkiyədə gərginlik mühitini meydana gətirməyi hədəfləyərək bir çox aydına istiqamətli hərəkətlər reallaşdıran Qüds Ordusunun fəaliyyətləri 1999-2000 illəri arasındakı ardıcıl əməliyyatlarla gün işığına çıxarılmışdı.
Rusiyalı politoloq: “ABŞ İranı işğal edəcəyi təqdirdə Ermənistan Dağlıq Qarabağı Azərbaycana qaytaracaq”
“İranın işğalı Rusiya Federasiyasının süqutu ilə nəticələnəcək”
“ABŞ-ın İranı işğal etməsi Rusiya Federasiyasının süqutu ilə nəticələnəcək”. Bu açıqlamanı rusiyalı politoloq, Müasir İran Tədqiqat Mərkəzinin baş direktoru Rəcəb Səfərov verib.
Onun sözlərinə görə, İranın Avropa Birliyinin əlinə keçəcəyi təqdirdə Orta Asiyada avtomatik olaraq ABŞ-ın dominantlığı hökm sürəcək: “Eyni ilə Xəzər regionunda ABŞ hegemonluq etməyə başlayacaq. Bu Rusiyanın partnyorlarını itirməsi deməkdir. Cənubi Qafqaz ölkələrindən Azərbaycan da Qərbə istiqamətlənəcək və NATO-ya üzv qəbul olunacaq. Ermənistan işğal altında olan Dağlıq Qarabağı Azərbaycana qaytaracaq və o da NATO-ya üzv qəbul olunacaq”.
Politoloq Rusiyanın İran ətrafında baş verən proseslərə sakit yanaşmamalı olduğunu söyləyib: “ABŞ-ın məqsədi İranın enerji resurslarını ələ keçirməkdir. Bu həm də Rusiya qarşı bir hədədir. Ona görə də Rusiya dərhal İrana hərbi sahədə kömək etməli, S-300 və S-400 raketlərini İrana verməlidir. Bu gün İran ətrafında baş verən prosesləri ancaq Rusiya və Çinin birgə mövqeyi həll edə bilər. İran bu problemin öhdəsindən tək gələ bilməyəcək”.
İran polisi Barbi kuklalarının satışını qadağan etdi
İranda əxlaq polisi ölkədə Barbi kuklalarının satışını qadağan edib. Səbəb kimi isə kuklaların zərərli Qərb mədəniyyətini yaydığı əsas gətirilib.
"Təxminən 3 həftə bundan əvvəl polis çağazaya gələrək piştaxtalardan Barbu kuklalarını yığışdırmağı tələb etdi", deyə Tehranın şimalındakı oyuncaq mağazalarından birinin satıcısı bildirib.
Barbi kuklalarının İslam mədəniyyətinə zidd olduğu İranda ilk dəfə 1996-cı ildə elan edilib, amma indiyədək bu kukalaları mağazalardan almaq olurdu.

Bu xəbər oxucular tərəfindən 1216 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |