Şrift:
Avropa Oyunlarına gələnlər üçün milli geyim və rəqslərimiz təbliğ olunur
19.06.2015 [08:52] - Gündəm, Mədəniyyət
I Avropa Oyunları günlərində Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə Azərbaycan milli geyimlərinin təbliğinə həsr olunmuş “Milli geyimlərimizin dünəni və bu günü” adlı layihənin icrasına başlanılıb.

Nazirlikdən verilən məlumata görə, layihənin əsas məqsədi Bakı-2015 birinci Avropa Oyunlarına xarici ölkələrdən gəlmiş idmançı və turistlərə Azərbaycanın zəngin mədəniyyətinin bir parçası olan milli geyimlərimiz və rəqslərimiz haqqında məlumatlandırmaqdır.

Bu gün "Azneft" meydanında Bakı Xoreoqrafiya Akademiyasının tələbələrinin iştirakı ilə milli rəqslərdən ibarət maraqlı kompozisiya proqramı təqdim ediləcək.

Daha sonra Azneft meydanından Fəvvarələr meydanına qədər milli geyimli gənclərin yürüşü təşkil olunacaq. Tədbirin yekunu olaraq Fəvvarələr meydanında milli musiqimizdən ibarət konsert proqramı təşkil olunacaqdır.

Tədbir zamanı turistlərə və tamaşaçılara Azərbaycan bayrağı, Azərbaycan haqqında bukletlər, kitabçalar və müxtəlif suvenirlər paylanılacaq.
Bu xəbər oxucular tərəfindən 701 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed