Şrift:
Əhər Bələdiyyəsinin 75 işçisi işdən çıxarılıb
19.06.2015 [10:56] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanda işsizlərin sıraları genişlənir. Məlumata görə, Əhər şəhəri Bələdiyyəsinin 75 nəfər işçisi işdən çıxarılıb.
GAMAC Təşkilatının rəsmi saytında yayılan məlumata görə, qaz stansiyalarında çalışan işçilər hicri-şəmsi təqvimi ilə 1391-ci ildən işə başlayıblar.

Şəhər Şurası üzvü və Bələdiyyə məsullarından biri sözügedən xəbəri təsdiq edib. Məlumatda bildirilir ki, İşçilərin işdən çıxarılmasına səbəb Bələdiyyənin xərcləri azaltmaq istiqamətində işçilərin ixtisarına qərar verməsidir.

İşdən çıxarılan şəxslərin əksəriyyəti, indiki Şəhər Şurası üzvlərinin iş başında olmadıqları zaman işə götürülüb. Onlar ən azı 3 il öncə işə qəbul olunub.
Bu xəbər oxucular tərəfindən 733 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed