18.01.2012 [12:03] - Siyasət
Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Nejdət Ünüvarın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri başlayıb.
Nümayəndə heyəti bu gün Fəxri Xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edib. N. Ünüvar jurnalistlərə açıqlamasında səfər çərçivəsində Azərbaycanın dövlət rəsmiləri, parlament rəhbərliyi və parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşlərinin planlaşdırıldığını deyib. Onun sözlərinə görə, görüşlərdə ikitərəfli əlaqələr, o cümlədən yanvarın 23-də Fransa Senatında qondarma “erməni soyqrımı”nı inkara görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsi barədə fikir mübadiləsi aparılacaq: “Biz bu məsələdə Azərbaycan dövlətinin, rəhbərliyinin də konkret mövqe ortaya qoyması üçün buradayıq. Uydurma erməni soyqırımı ilə mübarizə təkcə Türkiyənin deyil, həm də Azərbaycan və Türkiyənin ortaq problemidir. Azərbaycan bizə dost və qardaş ölkədir. Amma bu sadəcə, sözdə qalan məsələ deyil. Tarixə baxan zaman görərik ki, Türkiyə və Azərbaycan bir çox mövzuda, çətin günlərdə bir-birinə dəstək olub, birgə hərəkət ediblər. Bu problem də ortaq problem olduğu üçün birgə hərəkət edəcəyimizi düşünürük”.
Qeyd edək ki, Nejdət Ünüvarın rəhbərlik etdiyi nümayəndə heyətində CHP İstanbul millət vəkili Əli Özgündüz, MHP İğdır millət vəkili Sinan Oğan və AKP Elazığ millət vəkili Şuay Alpay təmsil olunur.

Bu xəbər oxucular tərəfindən 1171 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |