Şrift:
Həmədan kəndlərinə tankerlə su çatdırılır
20.06.2015 [10:07] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın müxtəlif bölgələrində su qıtlığı problemi yaşanır.
Həmədan vilayətinin kəndlər üzrə su və kanalizasiya (fazlab) şirkətinin müdir-amili bölgədə yaşanan su qıtlığı problemindən danışıb.

Həbib Mumivənd bir qrup jurnalistlə görüşdə bildirib ki, su qıtlığı məsələsi nigaranedicidir.

Şirkətinin rəisi onu da əlavə edib ki, “İqlim dəyişikliyi ilə əlaqədar su qıtlığı problemi nigaranedicidir. Həmədan vilayətində sudan bu qədər istifadə olunduğu halda, hətta əgər yağıntılar normal vəziyyətdə davam etsəydi, yenə də su qıtlığı olacaq idi. Hazırda bölgədə suyun 92 faizi əkinçilikdə istifadə olunur. Bu o halda baş verir ki, bu sahədə istədiyimiz xeyiri də götürə bilmirik. Ona görə də, əkini azaldıb və kənd təsərrüfatı məhsullarını idxal etməklə su qaynaqlarına dəyən ziyanın qarşısını almaq olar.”

Abfa şirkətinin müdir-amili bildirib ki, “isti fəslin gəlməsi və quraqlıqla əlaqədar Həmədanın 40 kəndinə tankerlərlə su çatdırılır. 40 kənd Həmədan vilayəti kəndlərinin 6 faizi deməkdir və onların əksəriyyəti şimal bölgədə yerləşir”. Kəndlərin su qıtlığı problemindən danışın məsul şəxs əlavə edib ki, 1392-ci ildə (hicri-şəmsi təqvimi ilə) 200, ötən il 60 və bu il isə 40 kəndə tankerlərlə su daşınır.” Onun sözlərinə görə, müəyyən layihələr və proqramlar nəticəsində su problemi yaşayan kəndlərin sayı bu il nisbətən azalıb.
Bu xəbər oxucular tərəfindən 829 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed