Şrift:
Pərviz Kərdovani bir daha Urmu gölünün qurudulmasını istədi!
20.06.2015 [10:39] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranda çöl və səhralaşma üzrə tanınmış mütəxəss bir daha Urmu gölünün qurudulmasını istəyib.
Pərviz Kərdovani 3-cü gün (şaharşənbə günü) Zəncan universitetində su böhranı konfransında Urmu gölünün vəziyyətinə işarə edərək bildirib ki, “Urmu gölünü canlandırma planı icra olunası deyil və hətta bəndlərin aradan aparılması da bu böhranı həll etməyəcək.”

O əlavə edib ki, “bu bölgədə yeraltı suların əkinçilər tərəfindən istifadə edilməsi nəzərə alınanda məlum olur ki, hətta bəndlərin aradan qaldırılması da böhranı həll etməyəcək. Və bir sıra mütəxəssislər Urmu gölünün qurudulması və gölün günəş parkına çevrilməsi təklifini veriblər.”

Qeyd edək ki, adını çəkdiyimiz şəxs dəfələrlə Urmu gölünün qurudulmasının vacib olduğunu vurğulayıb. Onun məkrli fikirləri o halda yayılır ki, bir sıra dövlət rəsmiləri Urmu gölünün qurtarılmasına dair ümid verir və bu istiqamətdə işlərin getdiyini iddia edir. Bu kimi bütün ziddiyyətli məlumatlar artıq azərbaycanlıların hökumətə olan etimadını sıfıra düşürüb və əhalinin əksəriyyəti Urmu gölü ilə bağlı verilən vədlərin yalan olduğunu düşünür... .
Bu xəbər oxucular tərəfindən 905 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed