18.01.2012 [12:09] - Güney Azərbaycan-Təbriz
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin (GAMAC) ƏSASNAMƏsini təqdim edirik:
“Güney Azərbaycan Milli Azadlıq Hərəkatında ortaq prinsiplər əsasında birgə fəaliyyət zərurətindən irəli gələrək,12 dekabr 2009-cu il tarixində Amsterdam toplantısı keçirildi. Amsterdam toplantısında milli qüvvə və təşkilatların qəbul etdikləri 12 maddəlik bəyaniyə bütövlükdə Güney Azərbaycan milli hərəkatının sistemli fəaliyyət istiqamətini müəyyənləşdirir. Bruksel toplantısında iştirak edən milli qüvvələrin dəstəyi ilə bu istiqamətdə aparılan fəaliyyət Güney Azərbaycanın ümummilli problemlərinin uluslararası məkanda gündəmə gətirilməsi və həlli, daxildə və xaricdə milli hərəkatın geniş əhatəli sistemli inkişafa yol açması, Azərbaycan siyasi toplumunun dünyaya tanıtdırılması baxımından olduqca önəmlidir. 12-13 iyun 2010-cu il tarixdə Brukseldə keçirilən toplantıda Güney Azərbaycan milli mənafeyi uğrunda aparılan mübarizədə bütün milli qüvvələrin davamlı işbirliyini təşkilat formasında reallaşdırmaq məqsədilə Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin (GAMAC) yaradılması təklifi irəli sürüldü və səsçoxluğu ilə qəbul olundu.
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi 12 müddəadan ibarət Amsterdam bəyaniyyəsini özündə ehtiva edən və Güney Azərbaycan milli maraqlarına dayanaraq demokratik fəaliyyət göstərən milli-siyasi qurumdur.
GÜNEY AZƏRBAYCAN MİLLİ AZADLIQ CƏBHƏSİNİN
N İ Z A M N A M Ə S İ
1. ÜMUMİ MÜDDƏALAR
1. Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi (bundan sonra GAMAC) Almaniyanın Hanovver şəhərində rəsmi qeydiyyatdan keçmiş leqal və şəffaf fəaliyyət göstərən qeyri- kommersial qurumdur.
2. GAMAC hüquqi şəxsdir, müstəqil balansa, bank hesabına, möhürə, loqoya, blanka malikdir.
3. GAMAC, bu Nizamnamə ilə nəzərdə tutulan məqsəd və vəzifələrini həyata keçirməkdən ötrü müxtəlif ölkələrdə filiallarını, nümayəndəliklərini yaradır və onların fəaliyyətini dayandırır.
4. Cəbhə bu Nizamnamə ilə nəzərdə tutulmuş vəzifələrini həyata keçirmək məqsədilə siyasi qurumlar, ictimai birliklər və beynəlxalq təşkilatlarla əməkdaşlıq edir.
II. GAMAC-IN PRİNSİPLƏRİ VƏ FƏALİYYƏT İSTİQAMƏTİ
5. Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin prinsip və fəaliyyəti Amsterdam bəyaniyyəsinin 12 maddəsinə əsaslanır.
5.1. Toplantı, Güney Azərbaycan türk millətinin milli azadlığı yolunda mübarizədə irançılığı(paniranizmi), fars rasizmi və onu təmsil edən bugünkü İran İslam Cümhuriyətini əsas maneə kimi görür.
5.2. Azərbaycan Milli Azadlıq Hərəkatının amalı Güney Azərbaycanda müstəqil milli – demokratik dövlət qurmaqdır. Ayrıca, Güney Azərbaycanın hüdudları xaricində yaşayan digər türk xalqların milli haqlarını da qorumaq lazımdır. Azərbaycan milləti öz müqəddəratını təyin etməkdə son söz sahibi olmalıdır.
5.3. Azərbaycan Milli Hərəkatı sekular dövlət qurulmasının tərəfdarıdır və bu yolda mübarizə aparır.
5.4. Türk dili (Azərbaycan türkçəsi) rəsmi dövlət dili olmalıdır. Bütün ölkədə yaşayan türklər üçün türk dilli media şəbəkələri qurulmalıdır. Azərbaycanın elmi, texniki və iqtisadi inkişafı təmin edilməli, millətimizin yaşayış səviyəsi dünyanın inkişaf etmiş millətləri səviyəsinə yüksəlməlidir.
5.5. Azərbaycan Milli Hərəkatı bütün sahələrdə qadın-kişi hüquq bərabərliyi uğrunda mübarizə aparır.
5.6. Din, məzhəb, məslək, inanc, söz, mətbuat, sendikalar, siyasi partiyalar, geyim və yaşam tərzi kimi bütün mədəni və siyasi azadlıqlar qeydsiz-şərtsiz təmin edilməlidir.
5.7. Azərbaycan Milli Hərəkatı edama və hər növ işgəncəyə qəti şəkildə qarşıdır.
5.8. Milli Hərəkat aria rasizm sisteminin təmsilçisi olan İran İslam Cümhuriyətinin Azərbaycanda demoqrafik yapını dəyişdirmə siyasətinə qarşı çıxır və bu rejimə qarşı milli zülm altında yaşayan digər millətlərlə işbirliyi aparır.
5.9. Yuxarıda qeyd edilən hədəflərə çatmaq üçün xaricdə fəaliyət göstərən azərbaycanlı qüvvələr, daxildə gedən milli mübarizəni dəstəkləməli,ona uluslararası insan haqları mərkəzlərindən dəstək qazanmalı, Azərbaycana qarşı informasiya blokadasını qırmalı və bütün dünyada Azərbaycan milli mənafeyi üçün lobbiçilik fəaliyətlərini təşkilatlandırmalıdır.
5.10. Güney Azərbaycan Milli Azadlıq Hərəkətı müstəqil, laiq və demokratik hərəkatdır.
5.11. Güney Azərbayan Milli Azadlıq Hərəkatı Dünya İnsan Haqları Bəyannaməsinin və ona bağlı konvensiyonların Azərbaycanda həyata keçirilməsi üçün mübarizə aparır.
5.12. Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi Amsterdam bəyaniyyəsindən irəli gələn bu məqsədlərlə yanaşı, Güney Azərbaycanda ətraf mühit və milli, tarixi və mədəni sərvətlərin qorunması ilə baglı konkret layihələrin həyata keçirilməsi istiqamətində fəaliyyət göstərir.
III. GAMAC-IN HÜQUQLARI VƏ FƏALİYYƏT PRİNSİPLƏRİ
6. Cəbhə öz məqsəd və vəzifələrini həyata keçirmək üçün aşağıdakı hüquqlara malikdir:
6.1. Qanunvericilik çərçivəsində müstəqil fəaliyyət göstərmək;
6.2. Məqsəd və fəaliyyəti barədə sərbəst məlumat yaymaq;
6.3. Cəmiyyət, siyasi qurumlar, ictimai birliklər və beynəlxalq təşkilatları Azərbaycan haqqında məlumatlandırmaq;
6.4. Konfranslar, dəyirmi masalar, seminarlar təşkil etmək;
6.5. Mətbuat konfransı keçirmək;
6.6. Qanunvericiliklə müəyyən edilmiş qaydada mətbuat orqanları təsis etmək, bülletenlər və başqa nəşrlər buraxmaq;
6.7. Elmi-kütləvi ədəbiyyat nəşr etdirmək;
6.8. Müqavilələr və sazişlər bağlamaq;
6.9. Beynəlxalq əlaqələr yaratmaq;
6.10. Beynəlxalq qeyri-hükumət təşkilatları ilə əməkdaşlıq etmək;
6.11. Öz fəaliyyətini həyata keçirmək üçün Nizamnamədə nəzərdə tutulan bütün mənbə və üsüllar vasitəsilə Cəbhənin maliyyələşməsini təşkil və təmin etmək;
7. Cəbhənin fəaliyyət prinsipləri:
7.1. Cəbhə Nizamnaməsinə ciddi əməl edir.
7.2. Cəbhə etik-əxlaqi prinsipləri yüksək qiymətləndirir.
IV. GÜNEY AZƏRBAYCAN MİLLİ AZADLIQ CƏBHƏSİNƏ ÜZVLÜK
8. Cəbhənin Nizamnamə müddəalarını yerinə yetirməyi öhdəsinə götürən, Amsterdam bəyaniyyəsini qəbul edən hər bir fiziki şəxs GAMAC-a üzv ola bilər. Üzvlüyün digər şərtlərini İdarə heyəti müəyyən edir.
9. GAMAC-a üzvlük fərdidir.
10. GAMAC-a üzv olmaq İH-nin qərarı və təsdiqi ilə həyata keçirilir.
11. GAMAC-ın Nizamnaməsinə və prinsiplərinə zidd hərəkət edən üzv İH-nin qərarı əsasinda üzvlükdən azad edilir.
12. GAMAC-da üzvlük İdarə heyətinin qərarı olmadan heç bir şəxsə əlavə imtiyaz vermir.
13. Üzvlər üzvlük haqqı ödəyirlər. Üzvlük haqqının məbləği İdarə heyəti tərəfindən illik 60 (altmış) euro müəyyənləşdirilib.
V. GAMAC-IN İDARƏETMƏ ORQANLARI VƏ ONLARIN SƏLAHİYYƏTLƏRİ
14. Cəbhənin idarəetmə orqanları aşağıdakılardır:
Qurultay, İdarə Heyəti, Başqan, Katib, Beynəlxalq Əlaqələr və Təşkilat məsulu.
15. Cəbhənin ali idarəetmə orqanı qurultaydır. Qurultay ildə bir dəfə və ya ən geci iyirmi
dörd ay fasilə ilə çağırılır. Lazım gəldikdə idarə heyəti üzvlərinin üçdə ikisinin (2/3) səsi ilə fövqəladə iclas çağrılır.
15.1. Qurultay Cəbhənin Nizamnaməsini qəbul edir, İH onda dəyişikliklər, əlavələr edir.
15.2. Qurultay illik fəaliyyətlərin hesabatını alır və növbəti fəaliyyət dövrü üçün yeni iş planı qəbul edir.
15.3. Qurultay gizli səsvermə yolu ilə 11 (və ya 9) nəfərdən ibarət idarə heyətini seçir.
15.4. Qurultay bəyanat və qətnamə qəbul edir.
16. İdarə Heyəti:
16.1. İdarə Heyəti 9 (və ya 11) nəfərdən ibarətdir.
16.2. İdarə Heyəti Cəbhənin fəaliyyətini həyata keçirən orqandır.
16.3. İdarə Heyəti öz səlahiyyətləri çərçivəsində Cəbhənin daxili qaydalarını, bölmə və nümayəndəliklərini, siyasi partiyalar, ictimai birliklər və beynəlxalq təşkilatlarla əlaqələrin yaradılmasını, ayrı-ayrı kadrların funksiyalarını və s. müəyyən edir.
16.4. İdarə Heyəti qurultaydan qurultaya seçilir və İH öz üzvləri arasından növbəti qurultaya qədər başqan, mətbuat sorumlusu, katib və lazım gələn digər məsulları seçir.
16.5. İdarə Heyətinin qərarları idarə heyəti üzvlərinin 50%-i iştirak etdikdə və iştirak edənlərin 50+1 nəfər lehinə səs verdikdə qəbul edilmiş hesab olunur.
16.6. İdarə Heyəti üç qaydada qərar çıxarır: iclas, iclaslararası e-mail və tapşırıq əsasında.
16.7. İdarə heyəti üzvləri e-mail adreslərinə daxil olan təkliflərə 7 gün müddətinə fikir bildirir və 3 gün müddətinə qərar qəbul edirlər.
16.8.İdarə heyətində çıxarılan qərarın icrası bir fərd, bir komissiya və ya işçi qrupuna tapşırılır. Fərd və ya komissiyanın yerinə yetirdiyi tapşırıq İdarə heyətinin təsdiqindən sonra həyata keçirilir.
16.9.İdarə Heyətinin qəbul etdiyi qərarlar sənədləşmədiyi halda etibarsız sayılır. Katib alınan qərarları protokollaşdırır və İdarə heyətinin bütün üzvlərinə göndərir.
16.10.İdarə heyətinin iclaslarında səbəb göstərilmədən ardıcıl olaraq 3 dəfədən çox iştirak etməyən idarə heyəti üzvü idarə heyyətinin qərarı ilə İH üzvlüyündən kənarlaşdırılır və qurultayda səsçoxluğu ilə seçilmiş İH-nin əvəzedici üzvü İH-nin əsas üzvü kimi fəaliyyətə başlayır.
16.11.İdarə heyəti üzvlərinin hər hansı biri hər hansı səbəbdən dolayı GAMAC-da fəaliyyət göstərmək istəmədiyi halda İH üzvlüyündən çıxma səbəbi haqqında yazılı məlumat verməlidir. İdarə heyəti bu məlumata əsaslanaraq həmin üzvü İH-dən kənarlaşdırır.
17. Cəbhənin fəaliyyətinə başqan rəhbərlik edir.
18. Katib İdarə Heyətinin katibi və qurumun daxili əlaqələr məsuludur.
18.1.Katib sənədlərin, iclas protokollarının hazırlanması, qurumun daxili əlaqələrinin tənzimlənməsi, digər qurum və təşkilatlarla əlaqələrin qurulması və s. səlahiyyətləri həyata keçirir.
19. Mətbuat sorumlusu Cəbhənin fəaliyyəti və keçiriləcək tədbirlərlə bağlı məlumatları, bəyanatı və s. mətbuata çatdırır.
VI.GÜNEY AZƏRBAYCAN MİLLİ AZADLIQ CƏBHƏSİNİN
MALİYYƏ FONDU
20. Cəbhənin maliyyə fondu GAMAC-ın qeydiyyatdan keçdiyi ölkənin qanunvericiliyinin icazə verdiyi üsul və mənbələrdən yararlanmaqla, həmçinin Güney Azərbaycan milli hərəkat fəalları, milli hərəkatı müdafiə edən qurum və şəxslərin yardımı ilə yaradılır.
21. Cəbhənin maliyyə fondu İH tərəfindən müəyyən edilmiş heyət tərəfindən idarə olunur.
22. Maliyyə fonduna nəzarət edən heyət İH-nə hesabat verir.
23. Cəbhənin vəsaiti İdarə heyətinin qərarlarına uyğun olaraq xərclənir.
VII. CƏBHƏNİN FƏLAİYYƏTİNƏ XİTAM VERİLMƏSİ
24. Cəbhənin fəaliyyətinə yalnız qurultayda üzvlərinin ən azı üçdə ikisinin razılığı ilə xitam verilə bilər.
25. Cəbhənin fəaliyyəti dayandırıldıqdan sonra onun əmlakı İH-nin qərarına uyğun olaraq sərf edilir.

Bu xəbər oxucular tərəfindən 1526 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |