18.01.2012 [12:28] - Siyasət
Xəzər regionunda təhlükəsizlik və siyasi məsələlər üzrə müstəqil analitik Aleks Cekson Azərbaycan və Ermənistan prezidentləri arasında yanvarın 23-də keçiriləcək görüşdə hər hansı bir irəliləyişin olacağına az ümid edir.
Açıqlama verən Cekson xatırladır ki, ötən ilin iyununda Kazanda keçirilən görüşdə də ümidlər özünü doğrultmayıb.
Analitik prezident İlham Əliyevin bu fikirləri ilə razıdır ki, danışıqlar ümidverici addımdır, amma konkret işə keçmək lazımdır.
Cekson bildirir ki, Rusiyanın Soçi şəhərində keçiriləcək görüş 2008-ci ildə prezident seçildikdən sonra Medvedevin ev sahiblik etdiyi doqquzuncu belə görüş olacaq.
Onun fikrincə, mayda Ermənistanda parlament seçkiləri keçiriləcəyinə görə, İrəvanda heç kim Qarabağla bağlı xalqın etirazına səbəb ola biləcək addım atmaq istəməz.
“İkinci səbəb odur ki, Medvedyevin prezidentlik müddəti martda bitir və Vladimir Putinin yenidən Kremlə qayıdacağı gözlənilir. Putin heç vaxt Qarabağ məsələsinə çox maraq göstərməyib və onun prezidentliyi dövründə üçtərəfli görüşlərin bu cür tez-tez keçiriləcəyi gözlənilmir”.

Bu xəbər oxucular tərəfindən 1163 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |