21.06.2015 [00:27] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
ABŞ Dövlət Departamenti iyunun 19-da dünyada terrorizmin durumu ilə bağlı hesabat yayaraq İranın bu məsələdə oynadığı fəal roluna toxunub.
Hesabatda deyilir ki, İran 2014-cü ildə bütün Orta Şərq bölgəsində fəaliyyət göstərən terrorçu qruplaşmalara dəstək verib, bu siyasətini davam etdirib: “İran, özünün əsas qolu sayılan “Sepah”ın “Qüds” qanadı vasitəsilə dünyada terrorizmə və terrorçu qruplaşmalara dəstəyini hələ də davam etdirir. Livandakı “Hizbullah”, İraqdakı şiə yaraqlıları, “Həmas” və fələstinli “İslam Cihadı” qrupu İranın fəal şəkildə dəstəklədiyi qruplaşmalardır.
İran, 2014-cü ildə İŞİD-in İraqda irəliləməsini nəzərə alaraq bu ölkədə müxtəlif şiə yaraqlılarına yardımlarını artırıb. Halbuki onun İraqda yardım göstərdiyi həmin qruplaşmalardan biri ABŞ-ın terrorçu təşkilatlar siyahısındadır. İran bununla kifayətlənməyərək regionda digər yaraqlı qruplara da birbaşa yardım göstərib. İran həm də Qəzzə zolağında fəaliyyət göstərən fələstinli terrorçu qruplaşmalarına gizli yollarla silah və hərbi sursat göndərməyə cəhd göstərib.
Həmçinin İran bütün gücünü Orta Şərqdə, o sıradan da Suriyadakı hədəflərinə çatmağa yönəltdiyi bir halda, özünün tərəfdarı olan digər qruplarla birlikdə Afrikada, Asiyada, və Latın Amerikası kimi regionlarda nüfuzunu artırmaq üçün fəaliyyətini gücləndirib.

Bu xəbər oxucular tərəfindən 745 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |