Şrift:
Traxtur Klubunun yeni baş məşqçi ilə bağlı daha üç seçənəyi var
21.06.2015 [01:30] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Təbrizin “Traxtur” futbol komandası keçmiş dövrlərdəki baş məşqçisi Tuni Olivera ilə razılığa gələ bilməsə yeni seçənəklərə baş vuracaq.
Yeni yayılan məlumatda bildirilir ki, klub Tuni Olivera olmadığı halda əlavə 3 seçənək üzərində işləyir:

“Birincisi Əmir Qələnoini “Traxtur”a qaytarmaqdır. Bildirilir ki, hazırda Qələnoi gələcək super liqa rəqabətləri üçün heç bir seçənəyi yoxdur və Təbrizə qayıtmağa qarşı olmaz. Lakin “Traxtur” tərəfdarları, Teymuriyan, Nekunam və Rəhməti ilə Qələnoi arasında olan problemlər klub məsullarını qərar verməkdə şübhəyə salıb. İkinci seçənək Mənsur İbrahimzadədir. Üçüncü variant isə bir xarici baş məşqçisidir. Onun hələlik adı açıqlanmır, lakin ilkin məlumatlara görə tanınmış baş məşqçidir.”
Bu xəbər oxucular tərəfindən 700 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed