Şrift:
DADP sədri Türkiyə səfirliyində matəm kitabına ürək sözlərini yazıb
21.06.2015 [00:34] - Gündəm, Türk dünyası-Turan
Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Fatma Əliyeva Türkiyənin ölkəmizdəki səfirliyində olub. Partiya sədri Türkiyənin IX prezidenti Süleyman Dəmirəlin vəfatı ilə əlaqədar başsağlığı verib, matəm kitabına ürək sözlərini yazıb.
DADP sədri Davam.az-a bildirib ki, mərhum S.Dəmirəl türk siyasi tarixində dərin izlər qoyub: “Süleyman Dəmirəl dövlət və siyasət adamı kimi, siyasi tariximizin önəmli isimlərindəndir. O Türkiyənin inkişafında və möhkəmlənməsində bütün səylərini səfərbər edib. Onun prezidentliyi dönəmində Türkiyədə demokratiya inkişaf etmiş, çoxpartiyaları sistemin mövcudluğu üçün mücadilə vermişdi. O, millətə və türk xalqına xidmətini hər şeydən üstün tuturdu”.
Partiya sədri S.Dəmirəlin Azərbaycanın yaxın və etibarlı dotlarından biri olduğunu və Türkiyə-Azərbaycan münasibətlərinin möhkəmlənməsində əvəzsiz xidmətlər göstərdiyini də vurğulayıb.
Allah rəhmət eləsin!
Bu xəbər oxucular tərəfindən 679 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed