21.06.2015 [16:39] - Gündəm, İdman
Azərbaycanı Avropa Oyunlarında boks yarışlarında ağır çəkidə (91 kq) təmsil edən boksçumuz Aldulkadir Abdullayev bu gün ilk döyüşunə çıxıb. Çünki püşkə əsasən boksçumuz 1/16 final mərhələsində döyüşlərdən azad edilmişdi.
A.Abdullayev 1/4 final mərhələsinə vəsiqə əldə etmək uğrunda Macarıstan idmançısı Adam Hamori ilə qarşılaşıb.
Gərgin keçən görüşün ilk raundunda rəqibinə daha çox zərbələr endirən boksçumuz ikinci raundda açıq-aşkar üstünlük nümayiş etdirib. Üçüncü raundda da macar idmançıya heç bir şans verməyən Abdulkadir hakimlərdən daha çox xal toplayan tərəf kimi görüşü qələbə ilə başa vurub və növbəti mərhələyə vəsiqə əldə edib.
Xatırladaq ki, bu gün Kristal Zalda keçirilən yarışlarda artıq iki boksçumuz döyüşünü qələlə ilə başa vurub. Belə ki, Azərbaycanı qadın boksçuların yarışında yüngül çəkidə (57-60 kq) təmsil edən Yana Alekseyeva 1/8 finalda Finlandiya idmançısına, kişi boksçularımızdan isə yarım-orta çəkidə (69 kq) çıxış edən Pərviz Bağırov 1/8 finalda Moldova boksçusuna qalib gələrək 1/4 finala vəsiqə əldə ediblər.
Qeyd edək ki, saat 20:30-da təmsilçimiz Kollazo Sotomayor növbəti döyüşünə çıxacaq. Birinci yarım-orta çəkidə (64 kq) çıxış edən Sotomayorun 1/8 finaldakı rəqibi moldovalı Dmitri Qalaqot olacaq. Bundan əvvəlki mərhələdə boksçumuz Sloveniya boksçusu Edin Seydinoviçi yarışdan kənarlaşdırmışdı.
Bu gün təmsilçilərimizdən rinqə son olaraq püşkə əsasən 1/16 final mərhələsindən azad edilmiş, Azərbaycanı orta çəkidə (75 kq) təmsil edən Xaybula Musalov çıxacaq. Saat 21:00-da başlayacaq 1/8 final mərhələsindəki döyüşdə o, Fransadan olan boskçu Kristian Mbilli Assomo-Hallier ilə münasibətlərə aydınlıq gətirəcək.

Bu xəbər oxucular tərəfindən 747 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |